Bakıda maşın vuran piyadaların dəhşətli GÖRÜNTÜLƏRİ - VİDEO

Təəssüf ki, paytaxt ərazisində bir çox hallarda piyadalar yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin qarşısına çıxırlar, yeraltı və yerüstü keçidlərdən istifadə etmirlər, avtomobilin tam dayanmağına əmin olmadan yolu keçməyə çalışırlar.
Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında deyilir.
"Ən acınacaqlı vəziyyət isə, xüsusilə də axşam saatlarında piyadaların çox zolaqlı və hərəkətin intensiv olduğu küçə və prospektlərdə yolu keçməsi ilə bağlıdır. Təbii ki, bəzən sonu faciə ilə nəticələnən belə yol-nəqliyyat hadisələri yollarda sıxlığın yaranmasına da səbəb olur. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi olaraq həm sürücülərin, həm də piyadaların nəzərlərinə çatdırmaq istəyirik ki, piyadalar yolu keçərkən diqqətli olmalı, sürücülər isə sürət həddinə və yol nişanlarının tələblərinə əməl etməli, ümumilikdə isə hər iki tərəf hər an, hər yerdə ehtiyatı əldən verməməlidir", NİİM-dən bildirilib.
Məlumatda qeyd olunub ki, təqdim olunan videogörüntüdə olan qəzalar NİİM-in müşahidə kameraları vasitəsilə ötən il qeydə alınıb.
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ












