Bakıda nəqliyyatın iş saatları dəyişdirildi

"Artıq bu gündən Bakıda I Avropa Oyunları ilə əlaqədar olaraq ictimai nəqliyyat vasitələri 20 saatlıq iş rejimində çalışmağa başlayıb".
Avtosfer.az xəbər verir ki, bu barədə report-a Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti Bakı sərnişin və yük daşımalarının təşkili İdarəsinin rəis müavini Əmrah Cəfərov bildirib.
Ə.Cəfərov deyib ki, sərnişin avtobuslarının iş saatları fərqlidir: "Bu gündən avtobuslar saat 05:30-dan xəttə çıxarılıb və növbəli şəkildə gecə saat 01:02-yə qədər işləyəcək".
Xatırladaq ki, 2015-ci ilin iyun ayında Bakı şəhərində I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar nəqliyyat vasitələrinin maneəsiz və təhlükəsiz hərəkətini təmin etmək, işçi qüvvəsinin və tamaşaçıların ictimai nəqliyyat sisteminin (metro vo avtobus) mövcud imkanlarından tam şəkildə istifadə etmələrinə şərait yaratmaq məqsədi ilə mayın 1-dən iyulun 1-dək Bakı şəhərində fəaliyyət göstərən dövlət orqanlarında, dövlət müəssisə və təşkilatlarında çalışan işçilərin (növbəli iş vaxlı rejimi əsasında və təhsil müəssisələrində işləyənlər istisna olmaqla) əmək funksiyalarını nəzərə almaqla, iş vaxtı rejimi aşağıda göstərildiyi kimi pilləli şəkildə təşkil edilib:
- isçilərin 25%-i üçün saat 08:00-dan saat 17:00-dək;
- işçilərin 25%-i üçün saat 08:30-dan saat 17:30-dək;
- işçilərin 25%-i üçün saat 09:00-dan saat 18:00-dək;
- işçilərin 25%-i üçün saat 09:30-dan saat 18:30-dək;
Bakı şəhərində fəaliyyət göstərən qeyri-dövlət müəssisə və təşkilatlarda çalışan işçilərin isə (növbəli iş vaxtı rejimi əsasında və təhsil müəssisələrində işləyənlər istisna olmaqla) əmək funksiyalarını nəzərə almaqla, iş vaxtı rejiminin göstərildiyi kimi pilləli şəkildə təşkili tövsiyə edilir:
- işçilərin 50%-i üçün saat 08:00-dan saat 17:00-dək;
- işçilərin 50%-i üçün saat 08:30-dan saat 17:30-dək.
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA












