Bakıda qəza törədən sürücünün boğazını kəsdilər

Bakıda qəza törədən sürücü bıçaqlanıb.
Hadisə bir neçə gün əvvəl Binəqədi rayonu Azadlıq prospektində qeydə alınıb. Avtobusla “Hyundai Elantra” markalı avtomobil toqquşub. Bundan sonra tərəflər arasında mübahisə yaranıb.
Mübahisə zamanı hiddətlənən avtobus sürücüsü T. Abdullayev minik maşınının sürücüsünə bıçaqla hücum edib.
Həmin vaxt Binəqədi rayon Mühafizə Xidmətinin əməkdaşları ərazidən keçirmişlər. Polislər minik maşını sürücüsünün artıq xəsarət aldığını görüblər. Çünki onunboğazında xəsarət izləri olub. Onlar sürücülərə müdaxilə edərək, hər ikisini Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinə təhvil veriblər.
Məlumata görə, avtobus sürücüsü T. Abdullayev polislərin orada olmasını görsə də, niyyətindən əl çəkməyib. Belə ki, o, polislərin yanında qəza törədən digər sürücünü yenə vuracağı ilə hədələyib. Ancaq polislər bıçağı onun əlindən ala biliblər.
Bölmədə məlum olub ki, T. Abdullayev əvvəllər də xuliqanlığa görə məhkum edilib. Hazırda araşdırma aparılır.
Qəzaya səbəb isə tərəflərin bir-birinə yol verməməsi olub. (lent.az)
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












