Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar - VİDEO

Bakıda səki qanunsuz olaraq zəbt olunub.
Avtosfer.az xəbər verir ki, bu barədə Baku.ws-in “qaynar xətti”nə məlumat daxil olub.
Söhbət Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, 80 ünvanındakı səkisindən gedir.
Görüntüdən məlum olur ki, ərazi qanunsuz olaraq özəlləşdirilib və piyadaların keçidinə maneə yaradılıb.
Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən sorğuya cavab olaraq bildirilib ki, komitə yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşları tərəfindən şəhərsalma nəzarəti qaydasında monitorinq keçirilib və sözügedən ünvanda səkinin parklanma yeri üçün qanunsuz olaraq zəbt edilməsi faktı aşkarlanıb.
Qeyd edilib ki, fakt üzrə müvafiq qaydada akt tərtib edilərək ərazinin saxlanılması, qısa zamanda lazımi tədbirlərin həyata keçirilməsi üçün aidiyyəti üzrə Bakı Şəhər İcra Hakimiyyəti və yerli icra hakimiyyəti orqanına məlumat verilib.
DİN vəkil Orxan Kəngərli və digərlərinin həbsi ilə bağlı məlumat yaydı - VİDEO
Prezidentlər Birgə Bəyanat qəbul etdilər - FOTOLAR
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO
İndiyədək neçə avtomobil utilizasiyaya verilib? - AÇIQLAMA
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - FOTO












