Bakıda taksi sayının azaldılması təklifi dəstəklənmir - VİDEO

Bakıda taksi sayının azaldılması təklif edilir. Amma ekspertlər isə bu təklifi məqbul hesab etmirlər. Avtosfer.az-ın Xezerxeber.az-a istinadən məlumatına görə, bu günlərdə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Milli Məclisdə keçirilən ictimai dinləmədə demişdi ki, paytaxtda 60 mindən çox taksi var. Bakının isə adam sayı nəzərə alınmaqla cəmi 20 min çivarında taksiyə ehtiyacı var. Nazir müavini nəqliyyat yükünün azaldılması üçün taksi sayının azaldılmasına ehtiyac olduğunu bildirmişdi. Ancaq ekspertlər buna birmənalı yanaşmırlar. Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov hesab edir ki, əksinə, bu gün paytaxtda taksiyə böyük tələbat var. Nəqliyyat eksperti taksi xidmətinə tələbatın çox olmasının səbəbini ictimai nəqliyyatdakı problemlərlə əlaqələndirir. O hesab edir ki, paytaxtın nəqliyyat yükünü azaltmaq, uzun tıxacların qarşısını almaq üçün ictimai nəqliyyatın inkişafı birinci amildir. Yəni ictimai nəqliyyatda xidmət keyfiyyəti, metrostansiyaların və avtobusların sayı artırılmalıdır ki, taksiyə tələbat daha da azalsın.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












