Bakıda xüsusi Parkinqə Nəzarət Zonaları yaradılır - FOTO

Bakı Şəhər İcra Hakimiyyəti I Avropa Oyunları ərzində parkinq və nəqliyyatın idarə edilməsinə dair məlumat yayıb.
Avtosfer.az "report"-a istinadən xəbər verir ki, beynəlxalq oyunlar zamanı hər bir yarış və əsas qeyri-yarış obyektləri ətrafında Parkinqə Nəzarət Zonaları olacaq. Bu nəzarət zonalarının məqsədi yarış obyektlərinə yaxın ərazilərdə qanunla icazə verilən yerlərdə yalnız burada yaşayan sakinlərə parkinqə icazə verməklə onların evlərinə rahat gediş-gəlişini təmin etməkdir.
Belə ki, bütün nəqliyyat vasitələri heç bir məhdudiyyətsiz və buraxılışsız bu zonaya daxil ola və hərəkət edə bilərlər. Lakin Parkinqə Nəzarət Zonasında yaşayan sakinlərdən başqa heç kimə parkinq icazəsi verilməyəcək.
İstisna olaraq avtomobillərini şəxsi həyətlərində, yeraltı parkinq ərazilərində və ya şəxsi qarajlarında park edən sakinlər üçün Parkinq İcazəsi tələb olunmur. PNZ-yə daxil olan ərazidə fəaliyyət göstərən şirkətlər, qurumlarda çalışan şəxslərə, əgər çalışdıqları şirkət və ya qurumun əməkdaşları üçün parkinq ərazisi yoxdursa, işə gəliş-gediş üçün ictimai nəqliyyatdan istifadə etmələri məsləhət görülür. Sözügedən şəxslər öz avtomobillərini qanunla nəzərdə tutulmuş qaydada parkinqə icazə verilən ərazilərdə (Parkinqə Nəzarət Zonaları istisna olmaqla) və xüsusi dayanacaqlarda saxlayaraq iş yerinə gedə bilərlər.
Bakıda qeydiyyatda olmayan, lakin Parkinqə Nəzarət Zonalarında yaşayan sakinlər Parkinq İcazəsi üçün Mənzil İstismar İdarələrinə müraciət edərək yaşadıqları ünvan haqqında sənəd əldə edə bilərlər.
Bundan başqa, Bakı meriyasının məlumatında bildirilir ki, 31 yanvar 2015-ci il tarixinədək qeydiyyatdan keçmiş vətəndaşlardan yalnız Parkinq İcazəsi almalı olan vətəndaşlara (zəhmət olmasa, PNZ-yə daxil olan xəritə və küçələrin siyahısına baxın) 15 may tarixindən etibarən icazələri almaq üçün Mənzil İstismar İdarələrinə müraciət etmələri xahiş olunur.
Bu ilin yanvarın 31-dək qeydiyyatdan keçmiş vətəndaşlardan Parkinq İcazəsinə heç bir ehtiyacı olmadığı halda (məsələn, yaşadıqları ərazi PNZ-yə daxil deyilsə) verilməyəcək. Zəhmət olmasa, yarış obyektləri üzrə müvafiq PNZ xəritələrində küçələrin siyahısına bir daha diqqət yetirin.
Eyni zamanda, 31 yanvar 2015-ci il tarixinədək qeydiyyatdan keçə bilməyən, lakin Parkinq İcazəsi almalı olan vətəndaşlar mayın 15-dən yenidən Mənzil İstismar İdarələrinə müvafiq sənədlərlə müraciət edərək qeydiyyata düşə və eyni gündə Parkinq İcazələrini əldə edə bilərlər.
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA





















