İndi də Bakıdan Xırdalan dairəsi istiqamətinə avtobus zolağı çəkilir - VİDEO - FOTO

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakı-Sumqayıt yolunda avtobus zolağı çəkir.
Bu barədə Avtosfer.az-a AYNA-dan bildirilib.
Məlumata görə, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqlarının təşkili ilə bağlı tədbirlər davam etdirilir. Sumqayıt şəhərindən Bakı şəhəri istiqamətində təşkil edilmiş avtobus zolağının effektivliyi nəzərə alınaraq, eyni zamanda görülən işlərin davamı olaraq əks istiqamətdə də xüsusi hərəkət zolağının təşkili həyata keçirilir.
Həmin yol sahəsində avtobus zolağının tələbinə uyğun nişanlanma xətləri çəkilir və müvafiq yol nişanları quraşdırılır.
***
Bir müddət əvvəl Sumqayıtdan Bakı istiqamətinə avtobus zolağı çəkilmişdi.
Avtosfer.az xəbər verir ki, hazırda AYNA və Dövlət Yol Polisinin birgə əməkdaşlığı çərçivəsində Bakıdan Sumqayıt istiqamətinə avtobus zolağı çəkilir. Belə ki, bu barədə sosial şəbəkələrdə video paylaşılıb.
Qeyd edək ki, bu zolaqlar ictimai nəqliyyatın hərəkətinin asanlaşdırılması və müntəzəmliyini təmin etmək məqsədi daşıyır.
Könül
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI















