Bank kartlarından pullar necə oğurlanır? - VƏKİL AÇIQLADI

Son vaxtlar vətəndaşların bank kartlarından oğurluq hallarının sayı artıb. Hətta 10 manat üçün belə bu üsula əl atıb saxlanılan şəxslər müşahidə olunur.

Məsələ ilə bağlı Avtosfer.az-a açıqlama verən vəkil Əkrəm Həsənov bildirib ki, burada səbəblər müxtəlif ola bilər: “Əksər hallarda vətəndaşın, yəni müştərinin özünün günahı olur. Müştəri kart məlumatlarını açıq qoyub sosial şəbəkələrdə və ya başqa bir formada paylaşır, bu məlumatları kiməsə və ya bankın adından zəng edən şəxslərə verir və s. Halbuki vətəndaşlar başa düşməlidir ki, bank niyə zəng edib kart haqqında məlumat istəsin? Çünki bankda bütün məlumatlar var. Təbii ki, bu sahədə ixtisaslaşan insanlar var ki, onlar belə asan yollarla pul qazanırlar. Bu ən sadə yoldur. Bir də "hacker"lər var. Onlar isə bankların informasiya sisteminə daxil olub, müxtəlif yollarla pulları çıxarırlar. Bankların sistemlərinin tələblərə cavab verməməsi və ya təhlükəsizlik səviyyəsinin aşağı olması burada əsas səbəblərdəndir. Bu kimi oğurluqlar təkcə Azərbaycanda yox, bütün dünyada baş verir. Təbii ki, harada pul varsa oğruların hədəfi də bura meyllənir. Bu oğruların daha bir üsulu da xırda məbləğləri kartdan çıxararaq, diqqət çəkməməsidir. Nəticədə müştəri özü də başa düşmür ki, kartından pulu çıxarılıb”.
Məhəbbət Tərlanoğlu
DİN vəkil Orxan Kəngərli və digərlərinin həbsi ilə bağlı məlumat yaydı - VİDEO
Prezidentlər Birgə Bəyanat qəbul etdilər - FOTOLAR
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO
İndiyədək neçə avtomobil utilizasiyaya verilib? - AÇIQLAMA
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - FOTO












