“Bayraq yürüşü” ilk dəfə azad edilmiş torpaqlarımızda - Fotosessiya

Bu gün Elm və Təhsil Nazirliyi Müdafiə Nazirliyi ilə birgə Laçın şəhərində “Bayraq yürüşü” keçirir.
“Qafqazinfo”nun Laçına ezam olunmuş əməkdaşlarının məlumatına görə, 2014-cü ildən etibarən keçirilən “Bayraq yürüşü” bu il ilk dəfə olaraq işğaldan azad edilmiş ərazilərimizdə təşkil edilir.
Yürüşün keçirilməsində əsas məqsəd Vətən müharibəsində qazanılmış qələbəni və bayrağımızın daşıdığı milli-mənəvi dəyərləri təbliğ etmək, şəhid və qazilərimizin tarixi Zəfər yolunu uca tutmaqdır.
9 Noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar keçirilən yürüşdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, Milli Qəhrəman Polad Həşimovun həyat yoldaşı Ofelya Salmanova, Elm və Təhsil və Müdafiə nazirliklərinin rəhbər şəxsləri, hərbçilər, şəhid ailələri, qazilər, 44 günlük Vətən müharibəsində döyüşən müəllimlər, eləcə də şagirdlər, ictimaiyyət nümayəndələri iştirak edirlər.
Həmçinin bu xəbəri oxuyun: Иран смирился с новым порядком на Южном Кавказе
Qeyd edək ki, Elm və Təhsil Nazirliyi Müdafiə Nazirliyi ilə birgə 2014-cü ildən etibarən milli atributlarımızın təbliği, gənclər arasında vətənpərvərlik hisslərinin aşılanması məqsədilə 9 Noyabr − Dövlət Bayrağı Gününə həsr olunmuş ənənəvi “Bayraq yürüşü” təşkil edir. Yürüşlər 2014-2016-cı illərdə Bakı şəhərində, 2017-ci ildə Tərtər rayonunda, 2018-ci ildə Füzuli rayonunun Horadiz şəhərində və 2019-cu ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində keçirilib.






















Prezidentin Vyetnama səfəri başa çatdı - VİDEO
Sürücülərin nəzərinə! - Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Tıxacın qarşısını almaq üçün təklif də vermişik, icra olunsa...
DİN vəkil Orxan Kəngərli və digərlərinin həbsi ilə bağlı məlumat yaydı - VİDEO
Prezidentlər Birgə Bəyanat qəbul etdilər - FOTOLAR
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI












