Bazarlarda satılan almaların üzərinə bit dərmanı vurulur? – VİDEO

Ölkə bazarlarında satılan almaların uzun müddət saxlanılması və çürüməməsinin qarşısının alınması üçün üzərlərinə bit dərmanı vurulduğu iddia olunur. Bu barədə redaksiyamıza vətəndaş şikayəti daxil olub. Şikayətçinin redaksiyamıza ünvanladığı videogörüntüdən də aydın olur ki, almanın üz qabığına hansısa dərman maddəsi vurulub. Amma ağ maddənin tərkibinin nədən ibarət olduğu qeyri-müəyyəndir.
Kadrları lentə alan şəxs onu da bildirib ki, qaynadılmış su, sirkə və ya xüsusi olaraq yuyulmadıqda meyvənin üzərinə vurulan bu maddə insan orqanizmi üçün çox təhlükəlidir.
Bəs bu iddia nə dərəcədə doğrudur? Doğrudanmı, bazarlarda satılan meyvələrin uzunmüddətli saxlanması üçün onlara xüsusi dərmanlar vurulur? Sözügedən dərmanlardan istifadə edilirsə, orqanizmə hansı fəsadları var?
Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov məsələ ilə bağlı Bizim.Media-ya danışıb.
O, bildirib ki, həqiqətən də uzun müddət saxlanılması mümkün olmayan məhsullara bəzi maddələr vurulur:
“Ancaq o maddələr insan orqanizmi üçün təhlükəli deyil. Almanı yeməmişdən əvvəl yaxşı yumaq lazımdır. Əldə baxanda bu, müəyyən qədər hiss olunur. Sanki alma yağlanıb. Sözügedən hal onu deməyə əsas verir ki, almanın uzun müddət saxlanılması üçün maddədən istifadə olunub. Bu dərmanlardan istifadə ilk hal deyil, uzun illərdir reallaşan prosesdir. Tək Azərbaycanda yox, bir çox ölkədə bu addım atılır. Artıq ölkəmizdə bəzi qabığı qalın sort meyvələr yetişdirilir ki, onları uzun müddət saxlamaq mümkün olsun”.
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY












