“Birbank”da yaranan problem: Vətəndaşların pulları oğurlana bilər?

“Kapital Bank”a aid “Birbank” tətbiqinin fəaliyyətində nasazlıq yaranıb. Bu isə bankın müştəriləri arasında təlaşa səbəb olub. İnsanlar sözügedən məsələ ilə bağlı öz narahatlıqlarını açıq şəkildə ifadə ediblər.
Maraqlıdır, bu cür texniki problemlərin tez-tez yaşanmasında səbəb nədir? Belə olduqda şəxsi məlumatlar və hesablardakı vəsaitlər risk altına düşürmü?
Avtosfer.az xəbər verir ki, mövzuya münasibət bildirən İKT üzrə ekspert Elvin Abbasov Yenisabah.az-ın suallarına belə aydınlıq gətirib:
“Bütün banklar özünü inkişaf etdirmək üçün telefon tətbiqləri üzərində daim işləyir və yeniliklər aparırlar. Bu zaman isə müxtəlif dayanmalar mümkündür və bu daim olacaq. Burada hər hansı bir yeniləmə proseslərində vətəndaşların şəxsi məlumat və vəsaitlərinə heç bir dəyişiklik və giriş edilmir. Vətəndaşın profili onun loqin girişinin üzərindən sonrakı mərhələdir. Bankların mobil tətbiqlərində texniki sazlamalar zamanı insanların vəsaitləri və məlumatları heç bir risk altına düşmür. Bankların proqram təminatlarının mobil tətbiq tətbiqlərdə yenilənməsi zamanı vətəndaşlara zərər gələ biləcək məqam yoxdur. Daha çox funksiyaları insanların istifadəsinə vermək üçün bu cür tədbirlər görülür”.
Ekspert bildirir ki, narazılıq yaranmasın deyə, bu cür prosesləri daha peşəkar formada da həyata keçirmək mümkündür:
“Oxşar texniki problemlər təkcə Azərbaycanda deyil, həmçinin, digər ölkələrdə də yaşanır. Banklar öz tətbiqlərində yeni funksiyaları işə salmaq üçün müəyyən işlər apara bilərlər. Burada qaydalara zidd heç nə yoxdur. Sadəcə belə yenilikləri tətbiq edərkən daha peşəkarcasına davranaraq, vətəndaşlara problem yaratmayacaq formada həmin prosesi həyata keçirmək mümkündür. Adətən, texniki vəziyyətdə bir neçə mühit olur. İş mühitində belə sazlamaları özləri tamamilə sınaqdan keçirdikdən sonra bu funksiyaları əsas mühitə təqdim edirlər. Buna test mərhələsi də deyilir. Belə olduqda vətəndaşlar həmin profilaktik tədbirləri hiss etmirlər. Bununla yanaşı, sözügedən yenilənmə gecə saatlarında baş tutur. Bu da vətəndaşların mobil bank tətbiqlərinə daxil olmadığı vaxtdır. Ola bilər ki, həm onların serverlərində, həm də başqa səbəblərdən qaynaqlanan problemlər müşahidə oluna bilər. Amma hər bir halda bu, bankın öz sisteminin yenilənməsi ilə bağlıdır”.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












