BMT BM: Azərbaycan Qarabağ ermənilərinin geri qayıtma azadlığını təmin edəcək

Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Məhkəməsi (BMT BM) Ermənistanın müraciəti ilə bağlı bu gün keçirilən iclasında Azərbaycanın Qarabağın erməni əhalisinin hüquq və azadlıqlarını təmin etməli olması ilə bağlı qərar çıxarıb.
Avtosfer.az xəbər verir ki, qərarın lehinə 13, əleyhinə isə 2 səs verilib.
Məhkəmə sədri Coan Donahyunun oxuduğu qərarda bildirilir ki, Azərbaycan bu il sentyabrın 19-dan sonra Qarabağı tərk etmiş və qayıtmaq istəyən erməni millətindən olan şəxslərin Qarabağa qayıtmasını təmin etməlidir. Bundan əlavə, Qarabağdan getmək istəyən ermənilərin təhlükəsiz və maneəsiz şəkildə keçidi təmin edilməlidir.
Üçüncüsü, Azərbaycan sentyabrın 19-dan sonra Qarabağda qalan və ya daha sonra geri qayıdanlara qarşı güc tətbiqindən və ya hədə-qorxudan yayınmalıdır.
Qərara əsasən, Azərbaycan “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında” Beynəlxalq Konvensiya üzrə üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq, Qarabağın erməni əhalisinin bütün qeydiyyat sənədlərinin, şəxsiyyətini təsdiq edən sənədlərin və xüsusi mülkiyyət sənədlərinin saxlanmasını təmin etməlidir.
Ölkə 8 həftə ərzində yuxarıda qeyd olunan kateqoriyadan olan ermənilərin hüquqlarının təmin edilməsi və görülən tədbirlər barədə hesabat təqdim etməlidir.
Amma qeyd etmək lazımdır ki, ölkə nümayəndəsinin daha əvvəl 2023-cü il oktyabrın 12-də keçirilən məhkəmə iclasında bəyan etdiyi kimi, Azərbaycan bütün bu öhdəlikləri və hətta daha çoxunu BMT BM-in qərarları olmadan da üzərinə götürmüşdü. (report)
Prezidentin Vyetnama səfəri başa çatdı - VİDEO
Sürücülərin nəzərinə! - Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Tıxacın qarşısını almaq üçün təklif də vermişik, icra olunsa...
DİN vəkil Orxan Kəngərli və digərlərinin həbsi ilə bağlı məlumat yaydı - VİDEO
Prezidentlər Birgə Bəyanat qəbul etdilər - FOTOLAR
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI











