Bu avtomobillər dayanma-durma qaydalarını pozmaqda davam edir - FOTO

Eyni avtomobillər eyni yerdə saxlamaqla qayda pozuntusundan əl çəkmədi.
Avtosfer.az xəbər verir ki, hadisə yenə eyni ərazidə, yəni Biləcəri qəsəbəsinin Əhməd Qasımov küçəsində qeydə alınıb. Dünən təqdim etdiyimiz dayanma-durma qaydasını pozan hər iki nəqliyyat vasitəsi yenə piyada səkisində maşınlarını parklamaqda davam ediblər. Belə ki, dövlət nömrə nişansız “Niva” markalı avtomobil və “Mercedes Benz Vito” markalı, “77-XN-012” dövlət nömrə nişanlı minik vasitələri piyadalar üçün nəzərdə tutulan səkini tamamilə zəbt etməkdən əl çəkməyiblər. Yenə də sükan arxasında olmayan sürücülər görünür bu ərazini həqiqətən özlərinin daimi parkinq məkanına çeviriblər. Şəkildən də bəlli olduğu kimi tam olaraq park edilən avtomobillər bu hissədən keçərkən piyadaların məcbur qalaraq maşın yolu ilə getmələrinə səbəb olub. Hələ də, etdikləri əməli anlamaq istəməyən sürücülərə bildirək ki, davamlı baş vurduqları dayanma-durma pozuntusu qanuna ziddir və İnzibati Xətalar Məcəlləsinin 346-cı maddəsinə görə 20 manat cərimə ilə nəticələnir.
Nərmin Əkbər
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY













