Bu gündən 28 May metrosunun ətrafına maşınla girmək qadağandır - Parkinqlər ləğv edildi

Nəqliyyatı Əlaqələndirmə Şurası paytaxtın əsas nəqliyyat qovşaqlarından biri olan “28 May” metrostansiyası və Bakı Dəmiryol Vağzalı qarşısında fərdi avtomobillərin hərəkətinin məhdudlaşdırılması barədə qərar qəbul edib.
Avtosfer.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, məqsəd qovşaqda nəqliyyat mübadiləsinin və piyada axınının düzgün təşkili üçün ictimai nəqliyyat HUB-nın yaradılması, ərazinin piyadalaşdırılması və təhlükəsiz mühitin formalaşdırılmasıdır. Qərarın icrası Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən birgə həyata keçiriləcək.
Martın 12-dən bu ərazidə yalnız müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən ictimai nəqliyyat vasitələrinin hərəkətinə icazə verilir. Ərazidəki parklanma yerləri fəaliyyətini dayandırır.

Qeyd edək ki, bu ərazidən gün ərzində 13 müxtəlif marşrut üzrə 1237 dəfə avtobus keçir. Bakının ən böyük piyada axını olan küçələrindən biri – Puşkin küçəsindən günün pik saatlarında minlərlə insan istifadə edir. Avtomobillərin sıxlığı səbəbindən piyadaların təhlükəsiz hərəkəti müşkülə çevrilir. Şəhər mərkəzinin küçə parklanma yeri kimi istifadəsi səmərəsizdir. Bu nəqliyyat qovşağında piyada keçidləri yalnız yerin altında təşkil edilib. Bu da o deməkdir ki, xeyli sayda insanın keçdiyi ərazidə hərəkət prioriteti məhz avtomobillərə verilib. Nəqliyyatın bir növünün digərinə keçdiyi bu ərazinin piyadalaşdırılması və təhlükəsiz mühitin yaradılması zəruridir.
Həyata keçirilən tədbirlər mövcud nəqliyyat qovşağının təkmilləşdirilməsi, ətraf ərazidə parkların, çoxsaylı ticarət və iaşə obyektlərinin yerləşdiyini nəzərə alaraq piyadaların rahatlığının və təhlükəsizliyinin təmin olunması, eləcə də Bakının polisentrik (çoxmərkəzli) inkişaf etdirilməsi üzrə görülən işlərin tərkib hissəsidir.
Sürücülərin nəzərinə! - Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Tıxacın qarşısını almaq üçün təklif də vermişik, icra olunsa...
DİN vəkil Orxan Kəngərli və digərlərinin həbsi ilə bağlı məlumat yaydı - VİDEO
Prezidentlər Birgə Bəyanat qəbul etdilər - FOTOLAR
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO













