Bu şəxslər GÜZƏŞTLİ ŞƏRTLƏRLƏ mənzil əldə edəcək

Azərbaycanda vətəndaşların sosial məsələlərinin həlli, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması dövlət siyasətinin mərkəzində dayanır. Paytaxtla bərabər, regionlarda vətəndaşların sosial məsələlərinin həllinə böyük diqqətlə və həssaslıqla yanaşılır.
Mənzil İnşaatı Dövlət Agentliyindən bildirilib ki, agentliyin növbəti layihəsi - Şirvan Yaşayış Kompleksinin tikintisi sürətlə davam etdirilir.
Qeyd edilib ki, Şirvan şəhərində 8 hektardan çox ərazidə inşa olunan Şirvan Yaşayış Kompleksi 25 binadan ibarətdir. 9 və 12 mərtəbəli binalarda ümumilikdə 1264 mənzil olacaq. Bunlardan 32-si studio tipli, 216-sı ikiotaqlı, 768-si üçotaqlı, 248-i dördotaqlıdır. Yaşayış binaları ilə yanaşı, ərazidə sosial-məişət obyektlərinin, uşaq oyun meydançalarının, 80 yerlik olmaqla 1 uşaq bağçasının və 960 şagird yerlik ümumtəhsil məktəbinin istifadəyə verilməsi nəzərdə tutulur. Bütün mənzillər vətəndaşlara tam təmirli və mətbəx mebeli ilə təchiz edilmiş vəziyyətdə təklif olunacaq.
Bir müddət sonra Şirvanda yaşı 35-dən çox olmayan gənc ailə üzvləri və ailə vəziyyətindən asılı olmayaraq, digər vətəndaşlar güzəştli şərtlərlə mənzillər almaq hüququndan istifadə edə biləcəklər.
Qeyd edək ki, Mənzil İnşaatı Dövlət Agentliyinin regionda ilk layihəsi Sumqayıt şəhərində icra olunub.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












