Bu taksilərin fəaliyyəti qadağan ediləcək - AÇIQLAMA

Ötən gün rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Bakıya 20 min taksinin kifayət etdiyini bildirib. O, həmçinin taksi sayının yaydan bəri 67 mindən 60 minə azaldıldığını qeyd edib. Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Anar Rzayev isə Bakıda taksilərin sayının digər ölkələrdə olan saydan 4 dəfə çox olduğunu vurğulayıb. Görünən odur ki, taksilərin sayının getdikcə daha da azaldılması prirotitet məsələlərdəndir.
Avtosfer.az xəbər verir ki, bu barədə nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov İqtisadiyyat.az-a açıqlamasında deyir ki, qeyd olunan 60 min taksinin ən azı 50%-i bu sahədə fəaliyyət göstərməyə uyğun deyil.
Onun sözlərinə görə, müəyyən xəstəlikləri, problemləri olan, eləcə də yaşı 21-dən və sürücülük təcrübəsi 2 ildən az olan insanlar taksi fəaliyyəti ilə məşğul olmamalıdır:
"Bundan əlavə, avtomobillərə olan tələblər çox vaxt yerinə yetirilmir. Onların əksəriyyəti nasaz, yararsız vəziyyətdədir və taksi fəaliyyətinə uyğun gəlməyən nəqliyyat vasitələridir. Ona görə də taksilərin sayının azalmasına ehtiyac var. Yəni burada meyarlara cavab verməyən taksi sürücüləri və taksi fəaliyyətində istifadə olunan avtomobillərin kənarlaşdırılması nəzərdə tutulur. Həmçinin avtomobillərin rəngi, seqmenti,onun sazlığı məsələsinə də ayrıca diqqət edilməlidir".
Ekspert həmçinin AYNA-nın artıq bir müddətdir taksi sürücüləri üçün xüsusi kurslar təşkil etdiyini xatırladıb. O bildirib ki, sürücülər mütləq həmin kurslardan keçməli, onların səhhəti, sürücülük təcrübəsi, eləcə də avtomobili meyarlara cavab verməlidir.
E.Cəfərov söyləyib ki, peşəkar taksi sürücüləri bugünkü meyarlara cavab verən avtomobilləri ilə fəaliyyətlərini əvvəlki kimi davam etdirəcəklər: "Taksi fəaliyyətində istismar olunan avtomobillərin istehsal ilinin də rolu olacaq. Hesab edirəm ki, köhnə, məsələn 30 ilin avtomobilləri artıq taksi fəaliyyətində istismar olunmayacaq və olunmamalıdır. Ümumiyyətlə, taksi bu gün vətəndaşlarımız üçün təhlükəsiz və keyfiyyətli olmalıdır".
Sürücülərin nəzərinə! - Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Tıxacın qarşısını almaq üçün təklif də vermişik, icra olunsa...
DİN vəkil Orxan Kəngərli və digərlərinin həbsi ilə bağlı məlumat yaydı - VİDEO
Prezidentlər Birgə Bəyanat qəbul etdilər - FOTOLAR
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO












