Daha bir deputat səlahiyyətini itirir: Parlamentdə boş qalan yerlər 10-a çatır

Prezident İlham Əliyevin Ramin Məmmədovu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin etməsindən sonra parlamentdə boş qalan deputat yerlərinin sayı 10-a çatacaq.
Avtosfer.az xatırladır ki, 2020-ci ilin fevralında keçirilən Milli Məclisə növbədənkənar seçki zamanı baş vermiş qanun pozuntularına görə dörd dairənin nəticələri ləğv edilib.
Nəticəsi ləğv edilmiş dairələr 33 saylı Xətai birinci seçki dairəsi, 35 saylı Xətai üçüncü seçki dairəsi, 74 saylı Lənkəran kənd seçki dairəsi və 80 saylı İmişli-Beyləqan seçki dairəsi olub.
2020-ci il avqustun 4-də Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat Fəttah Heydərov da dünyasını dəyişib.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, deputat Eldəniz Səlimov 3 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.
Konstitusiyanın 89-cu maddəsinə əsasən, cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda Milli Məclisin deputatı mandatından məhrum edilir.
Bundan başqa, Şahin Seyidzadə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin ediləndən sonra onun deputat mandatına son verilib.
Deputatlar Madər Musayev və Qənirə Paşayevanın vəfatından sonra boş qalan deputat yerlərinin sayı 9-a çatıb.
Konstitusiyanın 89-cu maddəsinin 4-cü bəndində bildirilir ki, dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla) deputatın səlahiyyəti itirilir.
Deməli, Ramin Məmmədov da dövlət orqanında vəzifəyə təyinat aldığına görə, deputat səlahiyyətlərini itirəcək.
Bununla da, boş qalan deputat yerlərinin sayı 10 olacaq.
Azərbaycanın “Aİ-95” markalı benzini idxal və ixrac etdiyi ölkələr – SİYAHI
Paşinyan niyə "qorxunc təhlükə" xəbərdarlığı etdi: Ermənistanda "müharibə partiyası"...
Azərbaycanın bəzi çaylarında sululuq artır: Sel təhlükəsi - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Sosial şəbəkələrdə “1200 manatlıq” tələ – XƏBƏRDARLIQ EDİLDİ
FHN əhaliyə müraciət etdi - Yanğın təhlükəsizliyinə riayət edin!
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO










