Dar səkidə parklanmış avtomobil piyadaların hərəkətini iflic etdi - FOTO

Avtomobilini dar səkidə park edərək piyadaların həyatı ilə oynadı.
Avtosfer.az xəbər verir ki, dayanma-durma qaydasına zidd olan olay Biləcəri qəsəbəsinin Əhməd Qasımov küçəsində baş verib. Çəkilən fotoşəkildən aydın olduğu kimi piyadalar hərəkəti üçün nəzərdə tutulan səki avtomobil tərəfindən tamamilə məşğul edilərək, onların yoldan keçərkən çətin anlar yaşamalarına gətirib çıxarıb. Belə ki, “Kia” markalı, 77-GF-827 dövlət nömrə nişanlı avtomobilin sürücüsü maşınını dar səkidə parklayaraq harasa gedib. Səkinin birbaşa maşın yoluna baxması və ensizliyi piyadaların həyatı üçün ikiqat təhlükə deməkdir. Görünür, avtomobilini həmin hissədə saxlayan şəxs üçün digərlərinin həyatının təhlükədə olması vacib deyil, əsas öz rahatlığıdır. Yenə də sürücüyə xatırladaq ki, etdiyi davranış İnzibati Xətalar Məcəlləsinin 346-cı maddəsinə görə yanlışdır və 20 manat cərimə ilə etdiyi əməlin cəriməsini ödəməlidir.
Nərmin Əkbər
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY














