Dəmir yolu vağzalında kassaların yeri dəyişdirildi - VİDEO

“Azərbaycan Dəmir Yolları” QSC tərəfindən Bakı sərnişin vağzalında əsaslı təmir işlərinə başlanılıb. Avtosfer.az anstv-yə istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib. Təmir işləri çərçivəsində stansiyada yeni platformalar qurulub, yollar Avropa standartlarına uyğun şəkildə tam təmir edilib.
“Bakı sərnişin vağzalında iki yeraltı tunel inşa olunur. İnşa olunan tunellər vasitəsilə qatardan düşən hər bir sərnişin birbaşa “28 May” metrostansiyasına çıxış əldə edə biləcəklər. Burada həm sərnişinlərin təhlükəsizliyi, həm də sərnişinlərin rahatlığı nəzərə alınıb.
Qeyd edim ki, sərnişinlər tunellər vasitəsilə “28 May” metrostansiyasına çıxış əldə etməklə istədikləri digər istiqamətlərə hərəkət edə biləcəklər”,- deyə “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.
Bakı sərnişin stansiyasında təmir işləri çərçivəsində bilet satışı kassalarının da yeri artıq dəyişdirilib. Sərnişinlər bundan sonra biletləri birinci mərtəbədən yox, ikinci mərtəbədən ala biləcəklər.
Həmçinin təmir işləri zamanı stansiya ərazisində ictimai iaşə obyektlərinin də tikintisi planlaşdırılır.
“Gələcəkdə Bakı sərnişin vağzalında müasir standartlara cavab verə biləcək kassaların, iaşə obyektlərinin inşası planlaşdırılır. Eyni zamanda, vağzalda “Wi-Fi” sistemi istifadəyə veriləcək. Yəni sərnişinlərin rahatlığı üçün lazım olan bütün şərait yaradılacaq.
Nəticədə Bakı sərnişin vağzalı dünya standartları səviyyəsinə gətiriləcək”, - deyə, N.Əzməmmədov vurğulayıb.
Qeyd edək ki, Bakı sərnişin stansiyasında təmir işlərinin ilin sonuna kimi başa çatdırılması nəzərdə tutulur.
“28 May” stansiyası açılanda ŞOK görüntülər olacaq - Görün metro sistemi necə dəyişəcək - FOTO
Emin Ağalarovdan “Sea Breeze”dəki hadisə ilə bağlı AÇIQLAMA - FOTO
Rusiyada sürücülərə qarşı kütləvi reydlər başlayır – ŞOK SƏBƏB
Ekspres avtobuslar harada dayanır? – MƏKANLAR
Azərbaycanda benzin və dizel BAHALAŞIR?
Avropada avtomobillərin emissiyası ölkədən-ölkəyə niyə dəyişir? – ARAŞDIRMA
İş və dərs saatları bu qaydada dəyişsə tıxaca qarşı effekt verəcək - EKSPERT
Bakıda 18 istiqamətdə sıxlıq var - FOTO - YENİLƏNİB
Ekspress avtobuslar sərnişinləri daşımağa kifayət edəcəkmi? – Sabah bilinəcək
Vətəndaşların NƏZƏRİNƏ: Sabahdan "Nizami" və "28 May" stansiyaları arasında hərəkət dayandırılır
Yeni tikilən binanın lövhəsində “16 mərtəbə” yazılıb amma əlavə mərtəbə yaradılır? – Memardan İDDİA – FOTO










