Tanınmış jurnalist 36 yaşında öldü

Məşhur jurnalist və ekoloq, "SHER" Telegram kanalının baş redaktoru Aida Levanova 36 yaşında vəfat edib.
Avtosfer.az xəbər verir ki, "Komsomolskaya Pravda"nın məlumatına görə, Levanova bir ildən artıq müddətdə nadir və aqressiv limfoma növü ilə mübarizə aparıb.
Lakin müalicə səylərinə baxmayaraq, jurnalistin həyatını xilas etmək mümkün olmayıb.
Aida Levanova ekologiya və şüurlu istehlak mövzularında fəaliyyət göstərib. O, "Yaşıl Təlimat" kitabının müəllifi olmaqla yanaşı, davamlı inkişaf məsələləri üzrə federal və regional mediada ekspert kimi tanınıb.
Onun rəhbərlik etdiyi "SHER" layihəsi "Snob" jurnalının "Media - Yaşayış yeri" kateqoriyasında "Made in Russia" mükafatına layiq görülüb. Levanova həmçinin Rusiya Prezidenti tərəfindən tərifnamə ilə təltif olunub.
Jurnalistin ölümü ilə bağlı məlumatı həmkarları və yaxınları da təsdiqləyiblər.
Aida Levanovadan həyat yoldaşı və iki övladı qalıb.
Məlumata görə, onunla vida mərasimi avqustun 17-də Moskvadakı Müqəddəs Məryəm Ananın Uspensiya Kilsəsində keçiriləcək.//Nocomment
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO












