Deputat: Ölkədə hava çirklənməsinin 80%-i avtomobillərin payına düşür

“Ölkədə hava çirklənməsinin 80%-i avtomobillərin payına düşür. 2023-cü ildə ölkəyə 96 min avtomobil idxal edilib və bunun üçün xaricə 1.7 milyard dollar vəsait ödənilib”.
Avtosfer.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən ictimai dinləmədə komitə sədri Tahir Mirkişili deyib.
Komitə sədri bildirib ki, 2022-ci ilə nisbətən bu say 28.7%, yəni 21 400 ədəd artıb: “2023-də Azərbaycanda 5200 avtomobil yığılıb. Nəqliyyat problemlərinin başqa bir xüsusiyyəti ondan ibarətdir ki, demək olar ki, hər kəsin problemin həlli ilə bağlı öz fikri var. İnsanlar tıxacları, yolların keyfiyyətini, parkinq yerlərinin azlığını, ictimai nəqliyyatın keyfiyyətsizliyini əsas problem hesab edirlər. Onların həllini isə çoxları yolların genişləndirilməsində, nəqliyyatın hərəkətsizliyini təmin edən magistralların tikintisində və çoxlu sayda parkinq yerlərinin yaradılmasında görür. Çoxları hesab edir ki, problemlərə səbəb də son 15-20 ildə şəhərsalma qaydalarının pozulmasıdır”.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI













