Dövlət ictimai nəqliyyat probleminin həllinə pul ayıracaq

“İctimai nəqliyyatla bağlı problemlərin həlli üçün dövlətin də yaxın dəstəyinə ehtiyac olacaq”. Avtosfer.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən ictimai dinləmədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.
Nazir müavini bildirib ki, bu sahədə islahatlara ehtiyac var:
“Dövlət büdcəsində bunun üçün maliyyə nəzərdə tutulub. Əvvəlki dövrlərdə sahibkarlar ictimai nəqliyyat vasitələrini idarə etmədə öz bizneslərini yaradıblar”.
Nazir müavini elektron nəqliyyat qaiməsinin əhəmiyyətini diqqətə çatdırıb: “Bu, ölkədə yükdaşımaların ağarmasına səbəb olacaq. Bunun tətbiqi çətinliklər yaradır, ancaq müəyyən zaman ərzində bu sistemin tam təkmil şəkildə tətbiqi ölkə iqtisadiyyatına müəyyən istiqamətlərdə təkan verəcək”.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












