DSX-nin əsgəri vəfat etdi - FOTO - YENİLƏNİB

Xəbər verdiyimiz kimi, Dövlət Sərhəd Xidmətinin (DSX) müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Salmanlı Mirhüseyn Həsən oğlu Masallı rayon Mərkəzi Xəstəxanasında müalicədə olarkən xəstəlikdən vəfat edib.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, sərhədçi qızdırma səbəbilə xəstəxanaya çatdırılıb. Onun tam olaraq hansı səbəbdən vəfat etdiyi araşdırılır.
Salmanlı Mirhüseyn ötən ayın 2-də hərbi xidmətə yollanıb, noyabrın 18-də andiçmə mərasimi olmalı idi. O, bu gün Cəlilabad rayonunda dəfn olunacaq.
Onun ailədə özündən başqa bir bacısı var.
***
Dövlət Sərhəd Xidmətinin əsgəri vəfat edib.
Avtosfer.az xəbər verir ki, bu barədə DSX məlumat yayıb.
Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin (DSX) müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Salmanlı Mirhüseyn Həsən oğlu Masallı rayon Mərkəzi Xəstəxanasında müalicədə olarkən həkimlərin göstərdiyi bütün səylərə baxmayaraq, 16 noyabr 2023-cü il tarixdə xəstəlikdən vəfat edib.

Prezidentin Vyetnama səfəri başa çatdı - VİDEO
Sürücülərin nəzərinə! - Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Tıxacın qarşısını almaq üçün təklif də vermişik, icra olunsa...
DİN vəkil Orxan Kəngərli və digərlərinin həbsi ilə bağlı məlumat yaydı - VİDEO
Prezidentlər Birgə Bəyanat qəbul etdilər - FOTOLAR
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI












