Əhaliyə şad xəbər – Bu evlərə “kupça” veriləcək

Bu ilin birinci rübündə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti daşınmaz əmlak üzərində 88 013 mülkiyyət hüququnun qeydiyyatını aparıb. Bu barədə Dövlət Xidmətindən bildirilib. Məlumata görə, bu göstəricinin 13 540-ı (15,3 %) ilkin, 74.473-ü isə (84,7 %) təkrar qeydiyyatın payına düşür. Hesabat dövründə fərdi yaşayış və bağ evi üzərində 12 786, mənzil üzərində 19 234, torpaq sahəsi - 53 279, qeyri-yaşayış binası - 744, qeyri-yaşayış sahəsi - 1 814, əmlak kompleksi - 147, çoxmərtəbəli yaşayış binası üzərində isə 9 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb.
Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 21 664-ü Bakının, qalan hissəsi isə bölgələrin payına düşür. Yanvar-mart aylarında Dövlət Xidməti 64 842 texniki pasport tərtib edib, 16 537 ipoteka müqaviləsi qeydiyyata alıb. Bəs görəsən ilin növbəti dövrlərində də evlərin sənədləşdirilməsi prosesi davam edəcəkmi?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, evlərin sənədləşdirilməsi vergi və sığorta baxımından, dövlət üçün də olduqca maraqlıdır:
“Misal üçün, hər hansı bir böyük yaşayış kompleksi və ya yeni salınmış ərazidə kütləvi müraciət zamanı çıxarışların verilməsi baş tutur. Bu məsələdə hansısa konkret səbəb olmur. Dövlət tərəfindən bu istiqamətdə müəyyən tədbirlər aparılır. Hökumət evlərin və mənzillərin çıxarışla təmin olunmasında maraqlıdır. Çünki belə olan təqdirdə həm vətəndaşların mülkiyyəti tanınacaq, həm də mülkiyyət vergiyə və sığortaya cəlb olunacaq. Təbii ki, bu istiqamətdə çıxarışların verilməsində artımın olması yaxşı bir göstəricidir. Yəqin ki, bu proses il ərzində də davam edəcək. İlbəil həm əhali artır, həm də yeni yaşayış kompleksləri istifadəyə verilir”.
Ekspert hazırda həyət evləri ilə bağlı amnisitiya işlərinin aparıldığını qeyd edib:
“Həyət evləri ilə bağlı hələki yalnız amnistiyalarla bağlı işlər aparılır. Bunun üçün də vahid portal yaradılıb. Əmlak Məsələləri üzrə Dövlət Xidməti və Ədliyyə Nazirliyi tərəfindən yaradılmış bu portal vasitəsi ilə bütün daşınmaz əmlak əməliyyatları həyata keçiriləcək. Eyni zamanda qanunsuz tikililərin qeydiyyat prosesi də vahid portalda baş tutacaq. Bu proses keçən ilin yanvarından başlayıb, lakin hələ də bitməyib. İlkin sənədləri olan hər hansısa tikilini orada qeydiyyatdan keçirmək olur, amma heç bir sənədi olmayan əmlakın qeydiyyatı xeyli vaxt aparır. Qanunda bununla bağlı paralel dəyişiklər də həyata keçirilir. Qadağan olunmuş ərazilərdə, o cümlədən, neft, kommunal xəttlərin keçdiyi ərazilər və xüsusi təyinatlı nəzərdə tutulmuş yerlərdə tikilən evlərin sənədləşdirilməsi isə nəzərdə tutulmur. Bu tip evlərin amnistiyaya salınması və sənədləşdirilməsi ilə bağlı qanunda heç nə yoxdur. Yalnız zamanla müəyyən sənədləri qaydasında olan əmlakların qeydiyyat prosesi bitdikdən sonra bu baş tuta bilər”.
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
İlham Əliyev: “Azərbaycanda ikinci avtomobil zavodu tikilir”










