Erməni investorlarından Azərbaycana qarşı HƏYASIZ İDDİA – Laçın, Kəlbəcərdə SES-lərə qoyduqları pulları istəyirlər

Bir qrup erməni investoru Azərbaycanı məhkəməyə verib.
Avtosfer.az haqqın.az saytına istinadən bildirir ki, bu barədə beynəlxalq məhkəmə prosesləri üzrə ixtisaslaşan Global Arbitration Review (GAR) portalı məlumat yayıb. Erməni biznesmenlər işğal edilmiş torpaqlarda qeyri-qanuni tikdikləri kiçik su-elektrik stansiyaları ilə bağlı iddia qaldırıblar.
Məlumatda deyilir ki, SES-ə sərmayə qoymuş erməni investorlar Enerji xartiyası ilə bağlı Beynəlxalq sazişə istinad edirlər. Guya bu saziş onlara bu obyektlərə qarşı qaldırdıqları iddiaya dəstək olacaq. Erməni sərmayəçiləri Azərbaycandanı 100 milyon dollar istəyirlər.
Bu, Vətən müharibəsindən sonra investorlarla dövlətimiz arasında ilk məhkəmə prosesidir.
İddia 19 erməni sərmayəçisi adından ABŞ-da yerləşən Willkie Farr & Gallagher hüquq firması vasitəsi ilə qaldırılıb. Azərbaycandan kompensasiya tələb edən erməni investorların hüquq məsələhətçiləri qrupuna İrəvanda yerləşən, Ermənistanın sabiq ədliyyə naziri Adavid Arutunyanın başçlıq etdiyi Davit & Partners” firması və müstəqil hüquqşünas Norayr Babacanyan daxildir. Azərbaycana “fikirləşmək” üçün 3 ay vaxt verilib, bundan sonra iddia beynəlxalq arbitraj məhkəməsinə veriləcək.
ABŞ hüquq firmasının yaydığı press-relizdə bildirilir ki, iddia Azərbaycanın 2020-ci ildə işğaldan azad etdiyi ərazilərdə yerləşən 18 kiçik SES-lə bağlıdır. Qeyd olunur ki, bu SES-lər Kəlbəcər, Laçın və Ağdərə rayonlarında yerləşir. 44 günlük müharibəyə qədər ermənilər burada qeyri-qanuni fəaliyyət göstəriblər və alternativ, bərpaolunan enerji sahəsinə maliyyə ayırıblar. Nəticədə Azərbaycanın işğal edilmiş ərazilərində elektrik enerjisi istehsalı artıb, bunun bir hissəsini Ermənistana “ixrac” ediblər.
Global Arbitration Review qeyd edir ki, hazırda adları çəkilən SES-lər “Azərenerji”nin balansındadır.
Azərbaycanın bu iddiaya münasibəti məlum deyil. Amma Bakı bu erməni həyasızlığına adekvat cavabını verəcək. Bu iddia ilk növbədə ona görə qüvvəsi yoxdur ki, İrəvan beynəlxalq hüququ pozaraq 30 il qonşu ölkənin işğal etdiyi torpaqlarında qeyri-qanuni iqtisadi fəaliyyətlə məşğul olub. Bu illər ərzində ərazi qarət olunub və təbii ehtiyatlar Ermənistana daşınıb.
Azərbaycan əraziləri işğaldan azad etdikdən sonra Ermənistana qarşı bu ərazilərdə törətdiyi qarət və barbarlığa görə beynəlxalq məhkəməyə müraciət edəcəyini bəyan edib. Bu isə 100 milyardlarla dollar təzminat deməkdir.
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO
Bakının tıxaclı yollarının SİYAHISI
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI
Bakının illərdir sağalmayan yarası olan tıxac niyə yaranır? – MÜTƏXƏSSİS
Metronun çıxışındakı bərbad səki təhlükə yaradır – ŞİKAYƏT – VİDEO
İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı VİDEOİCMAL
Sumqayıtda 2022-ci ildə sökülən yol hələ də təmir edilməyib - VİDEO










