Ermənistana silah bu yolla daşınır - “...Türkiyə müdaxilə edəcək”

İrandan Ermənistana yük təyyarəsi ilə silah daşındığı barədə xəbərlər yayılır. Digər tərəfdən, İrəvana Qara dəniz vasitəsilə də silahların gətirildiyi iddia edilir. Əgər bu doğrudursa, deməli, Qara dənizdən gələn yüklər Türkiyənin nəzarətindən keçir.
Maraqlıdır, belə olan halda Ankara həmin gəmilərdə nələrin daşındığını öyrənib Azərbaycanı məlumatlandıra bilərmi?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Elçin Abdullayev deyib ki, Qara dəniz üzərindən Ermənistana hər hansı silah daşınırsa, bu, mütləq Türkiyə ərazisindən, boğazlarından keçməlidir:
“Türkiyə boğazdan keçən bütün gəmilərə nəzarət edir. Belə hal olsaydı, aşkarlanar, yaxud rəsmi Ankara sözügedən vəziyyətlə bağlı Azərbaycanı məlumatlandırmaqla yanaşı, dərhal müdaxilə edib silah daşınmasının qarşısını alardı”.
Politoloqun fikrincə, rəsmi Ankara və Bakı türk birliyinə gedən yola çıxıblar:
“Türkiyə Qara dəniz vasitəsilə Ermənistana silah daşınmasına göz yumarsa, həmin yol iflasa uğrayacaq. Ankaranın bu yanlışlığa yol verəcəyini düşünmürəm. Yayılan məlumatlar dezinformasiyadır”.
E.Abdullayev qeyd edib ki, son iki gündə İran üzərindən Ermənistana silah daşınması barədə xəbərlər verilir:
“Birinci və İkinci Qarabağ müharibəsi dövründə, həmin zaman aralığında da Tehranın İrəvan lehinə atdığı addımların şahidi olmuşuq. İran rəsmiləri səslənən fikirləri nə qədər inkar etsə də, Azərbaycan siyasi rəhbərliyi və ictimaiyyəti tərəfindən sözügedən addımlar ciddi tənqid olunur.
Görünür, İran yeni dünya düzənində söz sahibi olmağa çalışan digər dövlətlər kimi fəallıq göstərmək istəyir. Ancaq Tehran İrəvana arxa-dayaq olmaqla heç nəyə nail ola bilməyəcək. Çünki Ermənistan dövlət kimi formalaşmasında böyük rol oynayan Rusiyaya xəyanət edib”.
Politoloq Ermənistanın çəkişmə nöqtəsində dayandığını düşünür:
“Rəsmi İrəvan uğrunda Qərblə Rusiya arasında savaş başlayıb. Bunun ortasından İranın çıxması və Ermənistana hakim olması inandırıcı deyil. Tehranın buna gücü çatmaz. İran hazırkı fəaliyyəti region və özü üçün təhlükə yaradır”.
Xameneinin ölümünə görə İranda MATƏM ELAN EDİLDİ
İran Dövlət Televiziyası Xameneinin öldüyünü təsdiqlədi - SON DƏQİQƏ
Ramazan ayının on birinci gününün duası - İmsak və iftar vaxtı
Astara sərhədində avtobuslar hazır vəziyyətə gətirilib - FOTO
Yaşlı kişi avtobusda ona yer verməyən əlil gəncin qucağında oturdu - VİDEO
Ramazan ayının onuncu gününün duası - İmsak və iftar vaxtı
Gecə vaxtı təmir aparıb, musiqi dinləyənlərin NƏZƏRİNƏ
Böyük zəlzələ ola bilər, Allah köməyiniz olsun — Məşhur seysmoloq
Əfqanıstan-Pakistan münaqişəsi bu dəfə niyə qızışıb? – Politoloq AÇIQLADI
Sosial şəbəkələrə girişdə yaş məhdudiyyəti olacaq - Prezidentdən sərəncam
Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu – SİYAHI









