“Ermənistana verilən hərbi texnikalar...” - Fransadan ETİRAF

ABŞ Konqresi Ukraynaya yardım göstərilməsi ilə bağlı razılaşma əldə olunmadan tətilə gedəcək, Kiyevə verilən silah ehtiyatı isə tükənmək üzrədir. Ona görə də Ukraynanın tezliklə Rusiya ordusunun hücumuna qədər tək qala biləcəyi istisna edilmir. Bu nümunə Ermənistan üçün də dərs olmalıdır.
Avtosfer.az teleqraf.com-a istinadən bildirir ki, bunu erməni jurnalist Artur Karapetyan deyib.
Jurnalist kənar dövlətlərə arxalanan Ermənistanın zəngin Azərbaycan qarşısında hərbi tarazlıq yaratmasının mümkün olmadığını bildirib:
"Son vaxtlar Ermənistanda belə fikirlər formalaşır ki, Ermənistan Rusiyadan üz döndərərək Qərbə arxalanmalıdır. Əgər Ermənistan hansısa Qərb, xüsusən də Fransa silahları ilə təmin edilirsə, unutmayın ki, Azərbaycan milyardlarla dollarlıq silahlar alır, yəni bununla vəziyyəti dəyişmək mümkün deyil.
Hətta Fransa mətbuatı Ermənistana göndərilən "Bastion" zirehli maşınlarının əslində Ukrayna üçün nəzərdə tutulduğunu yazır, amma ukraynalılar müdafiə keyfiyyətini nəzərə alaraq bu texnikalardan imtina ediblər. Eyni zamanda, Qərb Ermənistana hücum silahı verə bilər, amma bunu etmir. Çünki Qərb hərbi-siyasi bloku Ermənistanı gücləndirməkdə yox, Rusiyanı regiondan sıxışdırıb çıxarmaqda maraqlıdır.
Deyək ki, Ermənistan KTMT-dən çıxsın və onlar daha böyük həcmdə silah tədarük etməyə başlasınlar. Amma Ukrayna nümunəsi göstərir ki, bu, sonda Ermənistanı tək qoymayacaqlarına zəmanət deyil".
Karapetyan hesab edir ki, təhlükəsizlik baxımından Qərbə ciddi ümidlər bəsləməyə ehtiyac yoxdur, xüsusən də Rusiyanın çox sərt reaksiya verə biləcəyini nəzərə alaraq - bundan Qərb yox, Ermənistan zərər görəcək.
Skuter problemi: "Getdikcə daha təhlükəli olarsa, qadağan edilməsi gündəmə gələcək" - FOTO
İctimai nəqliyyatda fərqli dönəm başlayır: Yeni qaydalar nə vəd edir? - FOTO
Qəzalarda ölümlərin sayı niyə artıb? – BAKIDA SORĞU - VİDEO
İlham Əliyev Milli Fəaliyyət Planını TƏSDİQLƏDİ
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR











