Ermənistanın Hindistanla növbəti hərbi alış-verişi

Ermənistan Hindistandan pilotsuz uçuş aparatları (PUA) ilə mübarizə üçün sistem alacaq.
Bu barədə "Eurasian Times" öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumatda deyilir ki, Ermənistan Hindistandan yerli istehsal olan "Zen" PUA əleyhinə sistemin alınması ilə bağlı dəyəri 41,5 milyon dollar olan müqavilə imzalayıb.
Müqaviləyə sistemin alınması və hərbi kadrların hazırlanması üçün vəsait daxildir.
Qeyd olunub ki, haqqında sözügedən sistem PUA-ları aşkarlayır, onların növünü müəyyən edir, kəşfiyyatı həyata keçirir və aparatların rabitə sistemini pozaraq təhlükəni aradan qaldırır.
Xatırladaq ki, 2022-ci ildə Hindistan Ermənistanla "Pinaka" raket sistemi, tank əleyhinə və digər döyüş sursatlarının tədarükünə dair 250 milyon dollarlıq müqavilə imzalayıb.(apa)
Diplomatların Qarabağa 22-ci səfəri region üçün hansı mesajlar verir? - AÇIQLAMA
Sabahdan ictimai nəqliyyatda hansı yeniliklər olacaq? – Qurumlardan AÇIQLAMA
Bakıda taksi qiymətləri 2 dəfə bahalaşdı - Səbəb tıxacdır?
Bakı metrosunda qatarlar tuneldə qaldı – Səbəb AÇIQLANDI - RƏSMİ - YENİLƏNİB
Məktəb yollarında sürücüləri yavaşlatmağın yeni üsulu – TƏKLİF
Paytaxtın hazırda sıxlıq olan küçələri: SİYAHI - FOTO
Skuter problemi: "Getdikcə daha təhlükəli olarsa, qadağan edilməsi gündəmə gələcək" - FOTO
İctimai nəqliyyatda fərqli dönəm başlayır: Yeni qaydalar nə vəd edir? - FOTO
Qəzalarda ölümlərin sayı niyə artıb? – BAKIDA SORĞU - VİDEO
İlham Əliyev Milli Fəaliyyət Planını TƏSDİQLƏDİ
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ











