Eşşəyə aktyordan daha çox qonorar verildi - Azərbaycanda

Azərbaycanın istehsalı olan bir filmdə baş rollardan birinə çəkilən eşşəyə aktyorlardan çox qonorar verilib. Lent.az-ın məlumatına görə, söhbət “Qəm pəncərəsi” filmindən gedir. Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları” əsərinin motivləri əsasında çəkilmiş bu filmdə Xudayar bəyin Məşədi Həsən kişinin əlindən alıb geri qaytarmadığı eşşəkdən söz açılır.
Film çəkiləndə kəndlərdə məhsul yığımı mövsümü olduğu üçün kənd adamlarından eşşək icarəyə götürmək xeyli çətin olub.
Üstlik, film üçün bir neçə eyni boy və rəngdə heyvanlara ehtiyac olub. Çəkiliş zamanı aktyorlar eşşəklərin inadlarını buraxıb hərəkət eləmələrini, çəkiliş meydançasına alışmalarını çox gözləməli olublar.
Bu filmdə aktyorlara gündəlik 7 manat, “kaprizli” eşşəklərə isə 10 manat qonorar yazılırmış.
Eyni hal “7 oğul istərəm”, “Dədə Qorqud”, “Atları yəhələyin” filmlərində də yaşanıb. “Dədə Qorqud” filmində Rasim Balayevin Babək rolunda güləşməli olduğu şirə onun aldığından 10 qat artıq qonorar verilib. Adları çəkilən digər filmlərdə isə atlara aktyorlardan çox qonorar yazılırmış. Çünki heyvanlarla birlikdə onların baxıcılarını, baytarlarını, onlara verilən yemi də kinostudiya maliyyələşdirirdi.
jpg-1632203659_1711544275.jpg)
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












