Eyni anda “dayanma-durma” qaydasını pozan avtomobillər - FOTO

Saatlarla avtomobillərini piyadalar üçün ayrılmış hissədə park etdilər, onları təhlükə ilə üz-üzə qoydular.
Avtosfer.az xəbər verir ki, xoşagəlməz mənzərə Binəqədi rayonun Biləcəri qəsəbəsində qeydə alınıb. Saytımızın əməkdaşı tərəfindən çəkilən şəkildən bəlli olduğu kimi piyada yolunu tamamilə zəbt edən iki avtomobil insanların hərəkətinə mane yaradıb. Sükanda olmayan “Toyota” markalı, 90-ME-886 və 99-MK-998 dövlət nömrə nişanlı avtomobillərin sahibləri bir-birindən geri qalmayaraq dayanma-durma qaydalarını pozublar. Yoldan istifadə edən insanlar üçün çətinlik yaradaraq, onların maşınlar keçən tərəflə getmələrinə səbəb olublar. Onların “nümunəvi” davranışına baxaraq avtomobilini park edib bir müddət həmən ərazidə saxlayan ağ rəngli, “Toyota” markalı, 99-BY-059 dövlət nömrə nişanlı maşının sürücüsü də kameradan yan keçməyib. Dəfələrlə xatırlatmağımıza baxmayaraq yenə də əməllərindən əl çəkməyən sürücülər üçün bir daha bildirək ki, mövcud qayda pozuntusu İnzibati Xətalar Məcəlləsinin 346-cı maddəsinə ziddir və 20 manat cərimə ilə nəticələnir.
Nərmin Əkbər
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY












