Gəncədə zibilxanaya çevrilən ərazi - VİDEO

Gəncə şəhərinin Cavadxan qəsəbəsində böyük bir ərazi zibilliyə çevrilib.
Sakinlər deyir ki, qəsəbəyə zibil qutuları qoyulmadığı və tullantılar daşınmadığı üçün vəziyyət bu həddə çatıb.
Onların sözlərinə görə, əraziyə tullantılar əsasən gecə saatlarında kənar yerlərdən maşınla gətirilərək atılır. Sakinlər ərazidə bir neçə dəfə təmizlik işləri aparılsa da, problemin uzun müddətdir ki, birdəfəlik həll olunmadığını bildirirlər. “Qəsəbə sakinləri yığışıb ərazini təmizlədik. Gecə yenə gəlib zibil tökürlər”, - deyə sakin söyləyib.
Bundan əlavə, tullantıların ətrafına toplaşan sahibsiz itlər də sakinlərin narahatlığına səbəb olur.
Məsələ ilə əlaqədar Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Mətbuat Xidmətindən bildirilib ki, sözügedən ərazi şəxsi mülkiyyətdə olduğundan ora nəzarət səlahiyyəti də yerin sahibinə aiddir. Qurumun həmin əraziyə mütəmadi daxil olmaq və xidmət aparmaq hüququ yoxdur.
Ətraflı Baku TV-nin süjetini təqdim edirik:
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












