Güclü qar Şamaxıda nəqliyyatın hərəkətinə çətinlik yaradıb - VİDEO

Güclü qar səbəbindən bəzi sürücülər Şamaxı-Pirqulu avtomobil yolunda qalıb. Nəticədə həmin yolda nəqliyyatın hərəkətində məhdudiyətlər yaranıb.
Avtosfer.az-ın Xezerxeber.az-a istinadən məlumatına görə, rayonun dağ kənlərinə yağan qarın hündürlüyü 30-40 santimetrə çatıb.
Çovğun və buzlaşma nəticəsində bəzi avtomobillər yolda qalıb. Pirqulu istiqamətinə hərəkət etmək istəyən bəzi sürücülər geri qayıtmaq məcburiyyətində qalıblar.
Yollara qum-duz qarışığı səpilsə də, qarın dayanmadan yağması səbəbindən yol yenidən bağlanıb. Bundan əlavə, güclü külək dağlardakı qarı avtomobil yoluna gətirərək hərəkət hissəsini örtür. Əraziyə 19 nömrəli xüsusi təyinatlı yol idarəsinin texnikaları cəlb olunub.
Qar ən çox Şamaxının Dəmirçi kəndində müşahidə edilir. Dəmirçi və Pirqulu istiqamətlərində yolun gecə saatlarında tamamilə buz bağlayacağı ehtimal olunur.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












