HƏMAS bir qrup girovu azad etdi - VİDEO - FOTO

İsrailli girovların birinci qrupu Qırmızı Xaç Komitəsi əməkdaşları ilə birlikdə Qəzza zolağından çıxıblar.
Bu barədə İsrail rəsmisi məlumat verib.
O bildirib ki, 13 nəfərdən ibarət İsrailli girovların birinci qrupu hazırda Beynəlxalq Qızıl Xaç Komitəsinin əlindədir və təcili yardım maşınlarında Qəzza zolağının cənubundakı Xan-Yunisdən İsrailə gedən Rəfah keçidinə doğru irəliləyirlər.
Girovların ailələri doğmaları ilə qovuşacaqları İsrail xəstəxanalarına yola düşüblər.
Həmçinin Tailandın baş naziri Settxa Txavisin oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumu zamanı əsir götürdüyü 12 taylandlı girovu azad etdiyini açıqlayıb.
Qeyd edək ki, atəşkəsin qüvvədə olduğu cəmi dörd gün ərzində HƏMAS silahlıları tərəfindən girov götürülən 200-dən çox girovdan ən azı 50-si azad ediləcək.
Girovların qaytarılması əməliyyatı İsraildə “Cənnətin qapıları” adını alıb. Girovların müqabilində İsrail 150 fələstinlini həbsdən azad edəcək.
İsrail mətbuatının məlumatına görə, azad edilən girovlar sektorun cənub hissəsində saxlanılıb.
Həmçinin Qətər Xarici İşlər Nazirliyin Qəzza zolağında saxlanılan girovlardan bir qrupunun Həmas və İsrail arasında razılaşma çərçivəsində Qırmızı Xaç təşkilatına təhvil verildiyini təsdiqləyib.
Məlumata görə, 24 girov Qırmızı Xaç təşkilatına verilib.
Qətər Xarici İşlər Nazirliyi eyni zamanda İsrail həbsxanalarından 39 fələstinli qadın və uşağın azad edildiyini təsdiqləyib. (oxu.az)
Prezidentin Vyetnama səfəri başa çatdı - VİDEO
Sürücülərin nəzərinə! - Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Tıxacın qarşısını almaq üçün təklif də vermişik, icra olunsa...
DİN vəkil Orxan Kəngərli və digərlərinin həbsi ilə bağlı məlumat yaydı - VİDEO
Prezidentlər Birgə Bəyanat qəbul etdilər - FOTOLAR
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI











