HƏMAS qadınları və uşaqları bu zirzəmilərdə saxlayırmış - ŞOK GÖRÜNTÜLƏR

İsrail Müdafiə Qüvvələri Qəzzada uşaq xəstəxanasının altında HƏMAS-a məxsus yeraltı obyektləri lentə alıb. Videoda silahlar göstərilib. Ehtimal olunur ki, orada girovlar da saxlanılıb.
İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti Qəzzada HƏMAS yaraqlıları üçün silah anbarının yerləşdiyi Rantisi Uşaq Xəstəxanasının zirzəmisi olduğu iddia edilən videonu təqdim edib.
![]()
"HƏMAS xəstəxanalarda gizlənir. Bu gün biz bunu bütün dünyaya göstərəcəyik", - deyə nəşr IDF-nin sözçüsü kontr-admiral Daniel Haqaridən sitat gətirir. Kadrlarda klinikanın altındakı yeraltı keçidlər, həmçinin AK-47, partlayıcı qurğular və RPQ kimi döyüş sursatı və silah anbarı göstərilir. Rantisiyə baş çəkən Haqari oktyabrın 7-də girovları Qəzza zolağına keçirmək üçün istifadə edildiyi iddia edilən güllə izləri olan motosiklet nümayiş etdirib. Sonra o İsraildən qaçırılmış qadın və uşaqların saxlanıla biləcəyi bir neçə otaq göstərdi.
![]()
Xəstəxananın yanındakı küçədə İsrail hərbçiləri yeraltı tunelin gizli girişini də tapıblar. Haqarinin sözlərinə görə, bu, HƏMAS-ın “yüksək rütbəli terrorçularından” birinin evinin yaxınlığında yerləşir ki, o, qrupun dəniz xüsusi təyinatlı dəstəsinə rəhbərlik edir.
Daniel Haqari əlavə edib ki, noyabrın 13-də girovların həqiqətən klinikanın zirzəmilərində saxlanılıb-saxlanılmadığını öyrənmək üçün məhkəmə-tibb qrupları Rantisiyə göndərilib.
İsrail ordusu əvvəllər dəfələrlə HƏMAS yaraqlılarını Qəzzadakı xəstəxanalardan və digər mülki obyektlərdən hərbi infrastrukturlarını gizlətmək üçün istifadə etməkdə ittiham edib. İDF həmçinin bəyan edib ki, terrorçular dinc insanlara canlı qalxan kimi yanaşırlar. HƏMAS isə döyüşçülərinin xəstəxanaların altında gizləndiyini inkar edir. (musavat.com)
Diplomatların Qarabağa 22-ci səfəri region üçün hansı mesajlar verir? - AÇIQLAMA
Sabahdan ictimai nəqliyyatda hansı yeniliklər olacaq? – Qurumlardan AÇIQLAMA
Bakıda taksi qiymətləri 2 dəfə bahalaşdı - Səbəb tıxacdır?
Bakı metrosunda qatarlar tuneldə qaldı – Səbəb AÇIQLANDI - RƏSMİ - YENİLƏNİB
Məktəb yollarında sürücüləri yavaşlatmağın yeni üsulu – TƏKLİF
Paytaxtın hazırda sıxlıq olan küçələri: SİYAHI - FOTO
Skuter problemi: "Getdikcə daha təhlükəli olarsa, qadağan edilməsi gündəmə gələcək" - FOTO
İctimai nəqliyyatda fərqli dönəm başlayır: Yeni qaydalar nə vəd edir? - FOTO
Qəzalarda ölümlərin sayı niyə artıb? – BAKIDA SORĞU - VİDEO
İlham Əliyev Milli Fəaliyyət Planını TƏSDİQLƏDİ
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ











