Heydər Əliyev prospektində təmir işləri aparılıb

Bakıda yol ötürücülərində təmir işləri başa çatıb. Avtosfer.az xəbər verir ki, bu barədə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli oxu.az-a bildirib ki, Bakının Xətai rayonu ərazisində yerləşən Heydər Əliyev, Babək prospektləri və Yusif Səfərov küçəsinin kəsişməsində yerləşən yol ötürücüsündə aparılan təmir işləri artıq sona çatıb.
Təmir işləri çərçivəsində yol ötürücüsünün fasad hissəsi yeni dizaynda təmir olunaraq sürücülərin ixtiyarına verilib. Təmir işləri çərçivəsində yol ötürücüsünün köhnə fasadı tamamilə yenilərilə əvəz olunub. Həmçinin yol ötürücülərini işıqlandırma sistemi yenidən qurulub.
Anar Nəcəfli əlavə olaraq qeyd edib ki, piyadaların rahatlığını nəzərə alınaraq Heydər Əliyev prospektindəki piyada keçidi də yenidən təmir olunaraq istifadəyə verilib.
“Həmçinin Heydər Əliyev prospektində yerləşən yerüstü piyada keçidinin fasadı da yenilənib. Vaxtilə inşa olunan yerüstü piyada keçidində quraşdırılan eskalator piyadalar üçün müəyyən çətinliklər yaradırdı. Məhz bu nəzərə alınaraq eskalatorun giriş istiqamətləri dəyişdirildi”.
“28 May” stansiyası açılanda ŞOK görüntülər olacaq - Görün metro sistemi necə dəyişəcək - FOTO
Emin Ağalarovdan “Sea Breeze”dəki hadisə ilə bağlı AÇIQLAMA - FOTO
Rusiyada sürücülərə qarşı kütləvi reydlər başlayır – ŞOK SƏBƏB
Ekspres avtobuslar harada dayanır? – MƏKANLAR
Azərbaycanda benzin və dizel BAHALAŞIR?
Avropada avtomobillərin emissiyası ölkədən-ölkəyə niyə dəyişir? – ARAŞDIRMA
İş və dərs saatları bu qaydada dəyişsə tıxaca qarşı effekt verəcək - EKSPERT
Bakıda 18 istiqamətdə sıxlıq var - FOTO - YENİLƏNİB
Ekspress avtobuslar sərnişinləri daşımağa kifayət edəcəkmi? – Sabah bilinəcək
Vətəndaşların NƏZƏRİNƏ: Sabahdan "Nizami" və "28 May" stansiyaları arasında hərəkət dayandırılır
Yeni tikilən binanın lövhəsində “16 mərtəbə” yazılıb amma əlavə mərtəbə yaradılır? – Memardan İDDİA – FOTO










