"Həzi Aslanov-2" metro stansiyasının tikintisi niyə yubanır? - AÇIQLAMA

Bakı metropoliteninin "Həzi Aslanov - 2" stansiyasının tikintisinə 2014-cü ildə başlansa da, müəyyən səbəblərdən tikinti işləri hələ də tamamlanmayıb. "Həzi Aslanov - 2" stansiyasının tikintisinə başlanandan sonra Bakıda 3-ü yeraltı, biri isə yerüstü olmaqla 4 stansiya - "Avtovağzal", "Memar Əcəmi - 2", "8 Noyabr" və "Xocəsən" stansiyaları tikilərək istifadəyə verilib. "Bənövşəyi xətt" üzrə tikilən bu stansiyaların inşası 2016-2022-ci illəri əhatə edir. 2014-cü ildə inşasına başlanan "Həzi Aslanov - 2" stansiyasının inşası isə hələ də yubanır.
Bu prosesin yubanmasına səbəb nədir?
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Metbuat.az-a açıqlamasında bildirib ki, adıçəkilən stansiyanın tikintisinin yaxın vaxtlarda başa çatdırlması mümkün deyil:
"Həzi Aslanov - 2" stansiyası xətlərin ayrılması layihəsinin tərkib hissəsidir. Bu işlər kompleks şəkildə aparılmalıdır. 2011-ci ildə təsdiq olunmuş Bakı Metropoliteninin Konseptual İnkişaf Sxemi və sonuncu təqdiq olunmuş sənəd kimi Bakı şəhərinin Baş planının nəqliyyat hissəsində bu məsələ də yer alıb. Hələ ki dəqiq vaxt demək olmaz. Çünki, ona qədər konseptual inkişaf sxemi və Bakı şəhərinin Baş planı üzrə müəyyən məsələlər həllini tapmalıdır. İşlərə başlanılması "Xətai" stansiyasındakı sonrakı sahənin inşası ilə birbaşa əlaqədərdır. Bu məsələlərə aydınlıq gətirildikcə, ictimaiyətə əlavə məlumatlar veriləcək. Amma hal-hazırda bu barədə danışmaq çox tezdir".
DİN vəkil Orxan Kəngərli və digərlərinin həbsi ilə bağlı məlumat yaydı - VİDEO
Prezidentlər Birgə Bəyanat qəbul etdilər - FOTOLAR
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO
İndiyədək neçə avtomobil utilizasiyaya verilib? - AÇIQLAMA
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - FOTO












