Hörmüz boğazında gərginlik: İran yeni kartlar ortaya qoyacaq? - POLİTOLOQ

Son günlər ABŞ ilə İran arasında münasibətlər yenidən beynəlxalq diqqət mərkəzinə çevrilib. Regionda davam edən proseslər fonunda iki ölkə arasında həm siyasi, həm də hərbi gərginliyin hiss olunduğu müşahidə olunur. Xüsusilə strateji əhəmiyyətə malik Hörmüz boğazı ətrafında baş verən hadisələr və qarşılıqlı açıqlamalar vəziyyətin həssaslığını daha da artırır.
Bununla yanaşı, tərəflər arasında mümkün danışıqlar və ya razılaşmalarla bağlı vəziyyət hələ də qeyri-müəyyən olaraq qalır. Bu isə regionda risk faktorlarının qalmaqda davam etdiyini göstərir. Ümumilikdə, son hadisələr ABŞ–İran münasibətlərinin sabit olmadığını, əksinə, dəyişkən və həssas xarakter daşıdığını göstərir. Mövcud vəziyyət həm regional, həm də qlobal səviyyədə diqqətlə izlənilir.
Məsələ ilə bağlı politoloq Aydın Tağıyev Avtosfer.az-a açıqlamasında bildirib ki, son 10 gün ərzində İran–ABŞ münasibətlərində gərginlik əsasən Hörmüz boğazı üzərində cəmlənib:

“ABŞ Hörmüz boğazında İran gəmilərinə qarşı blokadanı davam etdirir, İran isə yeni kartlar oynayacağını bəyan edib. Qısa müddətli açılma olsa da, son günlər yenidən insidentlər və qarşılıqlı ittihamlar artıb. Bu neçə gün ərzində hadislər çox qarşıq keçdi. Demək olar ki, Hörmüz boğazı müvəqqəti olaraq açıldı. ABŞ prezidenti Donald Tramp və İran rəsmiləri boğazın tam açıq olduğunu elan etdilər. Bu, İsrail–Livan arasında 10 günlük atəşkəs fonunda baş verdi. Yenidən insidentlər baş verdi. ABŞ donanması İran bayraqlı yük gəmisini saxladı, bəzi ticarət gəmilərinə hücum xəbərləri yayıldı. Bu, boğazda qeyri-müəyyənlik yaratdı. Daha sonra İran parlament sədri Qalibaf ABŞ-ın blokada siyasətini rədd etdiklərini və yeni kartlar hazırladıqlarını bəyan etdi. ABŞ isə blokadanı yalnız İran sülh razılaşmasına razı olsa dayandıracağını açıqladı. Burda İranın mövqeyi bu cürdür. Tehran blokadanı milli suverenliyə təhdid kimi görür. “Yeni kartlar” ifadəsi həm hərbi cavab, həm də diplomatik manevr imkanlarını işarə edir. İran ABŞ-ın təzyiq altında danışıqlarını qəbul etmir. Digər tərəfdən ABŞ-ın mövqeyi də fərqli aspektdədir. Vaşinqton Hörmüz boğazını qlobal enerji təhlükəsizliyi üçün kritik sayır. Blokada siyasəti həm İranı təzyiq altında saxlamaq, həm də müttəfiqlərə güc nümayişi məqsədi daşıyır. Bu hadislərin regiona təsiri də yan ötüşmür. Hörmüz boğazı dünya neft ticarətinin təxminən 20%-ni daşıyır. Gərginlik enerji bazarlarında qeyri-sabitlik yaradır və Körfəz ölkələrini narahat edir. Hadisələrə Pakistanın vasitəçiliyi Vaşinqton–Tehran danışıqları gündəmə gəlsə də, hələlik nəticə yoxdur. ABŞ təhdid altında danışıqları şərt qoyur, İran isə bunu rədd edir. Görünən odur ki, İran–ABŞ münasibətləri qısa müddətli yumşalma ilə yanaşı yenidən gərginləşmə arasında dalğalanıb. Tərəflər arasında diplomatik kompromis hələ uzaqdır və Hörmüz boğazı gərginliyin əsas mərkəzi olaraq qalır”.
Nurcan Babək
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












