Məşhur şirkətlərin rəhbərinə ölkədən çıxış qadağa edildi

Vergi borcları olan daha bir şirkət rəhbərinin Azərbaycandan çıxışına qadağa qoyulub.
Avtosfer.az lent.az-a istinadən xəbər verir ki, “Nurdash” və “Eurostone” şirkətlərinin dövlət büdcəsi və fondlara ümumilikdə 134 min 441 manat vergi borcları yaranıb. Ancaq bu borclar vaxtında aidiyyəti üzrə ödənilməyib.
Borcların ödənilməsi ilə bağlı şirkətlərə dəfələrlə bildirişlər göndərilib. Lakin yenə ödənişlər yerinə yetirilməyib. Nəticədə son olaraq, Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, şirkətlərin rəhbəri qarşısında iddia qaldırıb.
İddiada qeyd olunan ödənişlər yerinə yetirilməyənədək şirkətlərin rəhbəri, 39 yaşlı Bəhruz Nuriyevin Azərbaycandan çıxışına müvəqqəti məhdudiyyət qoyulması xahiş olunub.
Məhkəmə vergi idarəsinin iddiasını təmin edib. Qərara əsasən, “Nurdash” və “Eurostone” şirkətlərinin 134 min 441 manat vergi borcları ödənilənədək onların rəhbəri B. Nuriyevin ölkədən çıxışına müvəqqəti məhdudiyyət tətbiq olunub.
Qeyd edək ki, adı çəkilən şirkətlər tikinti materiallarının satışı ilə məşğul olur.
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR












