Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?

“Manatlıq” taksilərin fəaliyyətinə qoyulan qadağadan sonra paytaxtın Moskva prospekti və “20 Yanvar” metrostansiyası ətrafında nəqliyyat yükünün artması sərnişinlərin gündəlik hərəkətinə təsir göstərib. Xüsusilə Ceyranbatan, Sumqayıt, Saray, Xırdalan və Masazır istiqamətində yaşayan vətəndaşlar pik saatlarda avtobuslarda sıxlıq və uzun gözləmə müddətindən şikayətlənirlər.
Bəs “manatlıq” taksilərin fəaliyyətinin dayandırılması qərarı doğru yanaşmadır?
Avtosfer.az-ın məlumatına görə, Globalinfo.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, “manatlıq” taksi bir xidmətdir, sadəcə burada müəyyən tələblər var:
“Taksi sənədlə, qanuni əsaslarla işləməlidir. Taksilər üçün müəyyən tələblər qoyulub və bunu hamı bilir. Bu tələblərə əsasən, taksinin buraxılış kartı olmalıdır. Taksi fəaliyyəti göstərmək istəyən sürücü müvafiq təlimlərdən keçməli, narkoloji müayinədən keçməli, sertifikat almalı, yəni imtahan verməlidir. Bu prosedurlardan keçdikdən sonra taksi sürücüsü kimi fəaliyyət göstərməlidir. O manatlıq taksilərin böyük əksəriyyəti köhnə avtomobillərdir. Sadəcə, bəlkə də onlara daha çox Qaradağ istiqamətində tələbat var. Eyni vəziyyət Bakı-Sumqayıt, Bakı-Xırdalan, Masazır, eləcə də Bakı kəndlərində – Binə, Sabunçu və digər ərazilərdə də müşahidə olunur. Vətəndaşlar da bu nəqliyyat növündən istifadə edirlər. Çünki marşrutlar tələbatı tam qarşılamır. Bunu AYNA rəhbərliyi də yaxşı bilir”.
E.Muradlı bildirib ki, ictimai nəqliyyat tələbatı ödəmədiyinə görə vətəndaş bu cür nəqliyyat növlərindən istifadə edir:
“Ona görə də bu gün onların fəaliyyətlərinin dayandırılmasına heç kim göstəriş verməməlidir. Ola bilsin ki, onlar hansısa ərazidə dayanaraq xaotik vəziyyət yaradır, insanların yolunu kəsirlər.
Məsələn, 20 Yanvar, Şamaxinka yolu ətrafında bununla bağlı şikayətlər daxil olubsa, gəlib onları oradan çıxarıblar ki, burada dayanmayın. Bu halda da onlar səliqəli, nizamlı şəkildə və müəyyən olunmuş tələblərə uyğun işləməlidirlər”.
Elməddin Muradlı tövsiyə edib ki, “manatlıq” taksi fəaliyyəti göstərən sürücülər də gedib sənədlərini alsınlar, tələblərə uyğun fəaliyyət göstərsinlər:
“Manatlıq yox, istəsə 50 qəpiyə, istəsə 10 manata işləsin, özü bilər. Amma sənədləri qaydasında olsun. Bunu bu gün tamamilə yığışdırmağın da bir mənası yoxdur. Çünki bu, sosial problem yaradacaq. Bu işlə məşğul olan minlərlə insan var. Tədricən onları bu tələblərə uyğun fəaliyyət göstərməyə yönəltmək lazımdır. Təbliğat aparmaq lazımdır ki, sən taksi fəaliyyəti ilə məşğulsansa, bu tələblərə əməl etməlisən. Digər tərəfdən, bu gün onlara ehtiyac da var. İnsanlar yolda qalıb, avtobus çatdırmır. Bir çox istiqamətlərə ümumiyyətlə bir-iki avtobus işləyir. Bu avtobusların yükünə manatlıq taksilər də müəyyən qədər kömək edir”.
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI












