İlham Əliyevin Albaniyanın Baş naziri Edi Rama ilə təkbətək görüşü olub - YENİLƏNİB - FOTO

Dekabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Albaniya Respublikasının Baş naziri Edi Rama ilə təkbətək görüşü olub.
Avtosfer.az xəbər verir ki, əvvəlcə rəsmi foto çəkdirilib.
Qonağı salamlayan Azərbaycan Prezidenti İlham Əliyev deyib:
“Xoş gəlmisiniz. Sizi bir daha görməyimə çox şadam. Əvvəla, Albaniyaya səfərim zamanı mənə göstərdiyiniz qonaqpərvərliyə görə sizə təşəkkür edirəm. Razılığa gəldiyimiz kimi, biz fəal dialoqu davam etdirəcəyik. Sizin səfəriniz artıq razılaşdırılmış məsələlərin gedişatını izləmək xarakteri daşıyır. Hər iki tərəfdən bütün tapşırıqlar verilib. Heyətlərimiz fəal şəkildə işləyirlər. Mənim rəsmi səfərimin nəticələri olduqca müsbətdir. Bizim əlaqələrimiz güclənir və yeni imkanlar yaranır. Sizə məlumat verdiyim kimi, biz Tiranada səfirlik açırıq və bu da əməkdaşlığımızın vacib bir əlamətidir. Praktiki nöqteyi-nəzərdən bu, bizə ölkənizdə gedən proseslərlə daha yaxından tanış olmaq imkanı verəcək. Eyni zamanda, bu, bizə ikitərəfli gündəliyimizdə daha da səmərəli olmağa imkan yaradacaq. Bir daha xoş gəlmisiniz”.
Albaniyanın Baş nazir Edi Rama dedi:
“Təşəkkür edirəm cənab Prezident. Bu, mənim üçün şərəfdir. Mən də təşəkkürümü ifadə etmək istəyirəm. İcazə verin deyim ki, məsələlərin gedişatı ilə bağlı təəssüratım heyrətamizdir. İndi ölkəmizdə Azərbaycan səfirliyinin açılması çox vacib bir məsələdir. Qalan digər məsələlərə gəldikdə isə siz dediyiniz kimi, biz işi davam etdirməliyik. Təşəkkür edirəm”.
Sonra Azərbaycan Prezidenti İlham Əliyevin Albaniyanın Baş naziri Edi Rama ilə işçi səhər yeməyi əsnasında geniş tərkibdə görüşü olub.
Daha sonra dövlətimizin başçısı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın çəkdiyi rəsm əsərini və Leyla Əliyevanın əsərlərinin kataloqunu qonağa hədiyyə edib.
Sonda xatirə şəkli çəkdirilib.
12:25
Dekabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Albaniya Respublikasının Baş naziri Edi Rama ilə təkbətək görüşü olub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə rəsmi foto çəkdirilib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyevin Albaniyanın Baş naziri Edi Rama ilə işçi səhər yeməyi əsnasında geniş tərkibdə görüşü olub.
11:13
Dekabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Albaniya Respublikasının Baş naziri Edi Rama ilə təkbətək görüşü olub.
Bu barədə AZƏRTAC məlumat yayıb.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












