"İran məkrli hərbi-siyasi oyunlarına son qoymalıdır" - BƏYANAT

İranın son zamanlar yürütdüyü antiazərbaycan siyasətinə etiraz olaraq Azərbaycanın daha bir neçə şəhər və rayonunda fəaliyyət göstərən din xadimləri bəyanat qəbul ediblər.
Avtosfer.az xəbər verir ki, bəyanatı Sumqayıt şəhəri, Abşeron və Xızı rayonunda fəaliyyət göstərən din xadimləri və dini icma sədrləri imzalayıblar.
Bəyanatda vurğulanıb ki, Azərbaycan xalqı Vətən müharibəsində böyük zəfər qazanaraq ölkəmizin ərazi bütövlüyünü təmin etdikdən sonra qonşu İranın sərhədlərimizdə hədələyici hərbi təlimlər keçirməsi və Ermənistana hərbi-siyasi dəstək verməklə Azərbaycana yönəlik təxribat xarakterli addım atması dindarların narahatlığına və haqlı narazılığına səbəb olub.
"İslam dünyasının bir parçası kimi Azərbaycanın milli-mənəvi, eləcə də dini dəyərlərin qorunması, dünyada islamafobiyaya qarşı ciddi mübarizə aparmasına baxmayaraq, xalqlarımızın tarixən formalaşan ortaq dini-mədəni dəyərlərini gözardı edərək özünü şəriət dövləti adlandıran İranın bir zamanlar işğal altında olan torpaqlarımızda İslam maddi-mədəniyyət nümunələrini məhv edən, məscidlərimizdə dinimizin haram buyurduğu heyvanları saxlayan, qəbirləri dağıdan barbarlara isti münasibəti İslam Respublikası fəlsəfəsini şübhə altında qoyur. Qonşu ölkə rəhbərliyi anlamalıdır ki, bu şübhələr və onun doğurduğu sualların çoxalması həm də öz milli təhlükəsizlikləri baxımından onları narahat etməlidir", - bəyanatda bildirilib.
Qeyd olunub ki, Azərbaycan dövləti qonşularla mehriban və dostluq şəraitində yaşamaq, başqa dövlətlərlə hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında münasibətlərin qurulmasını vacib bilir: "Ulu öndər Heydər Əliyevin qonşu dövlətlərlə bağlı müəyyənləşdirdiyi siyasi kurs bu gün Prezident İlham Əliyev cənabları tərəfindən uğurla həyata keçirilir. Bu siyasi xətt xalqlarımızın maddi-mədəni inkişafına, iqtisadi əlaqələrin genişlənməsinə və regionda təhlükəsizliyin möhkəmlənməsinə xidmət edir.
İran Azərbaycanın beynəlxalq və regional müstəvidə artan siyasi-iqtisadi nüfuzunu, güclü rəhbər-xalq-ordu həmrəyliyi ilə ölkəsinin suverenliyinə, ərazi bütövlüyünə qarşı istənilən təxribatın qarşısını almağa qadir olduğunu bilməli və məkrli hərbi-siyasi kampaniyasına son qoymalıdır".
Qeyd edək ki, daha əvvəl Bakıda və daha bir neçə rayonda, eləcə də ölkəmizin Şimal rayonlarında, Qərb rayonlarında, Aran rayonlarında və Qarabağ bölgəsində fəaliyyət göstərən din xadimləri bəyanat qəbul ediblər.
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI
Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı 1 kilometr qısaldı: AYNA-dan yeni həll - VİDEO
Bakıda tıxacın iqtisadi zərəri hesablanacaq? – TƏKLİF
Böyükşor gölündə qəribə görüntü; suyun rəngi dəyişdi - VİDEO
Ceyhun Bayramov Ararat Mirzoyanla görüşüb - FOTO
Sumqayıtın mərkəzindəki parkda yaranan natəmizlik narazılıq yaradır - VİDEO
Nazirlər Kabinetində 2027-ci ilin dövlət büdcəsi müzakirə edildi
Hazırda bu yollarda tıxac var - SİYAHI - FOTO
Əhalinin gəlirləri artıb; bəs alıcılıq qabiliyyəti? - İQTİSADÇI












