İranda azadlıq tələb edən etirazçılara Azərbaycandan dəstək: Marş yazıldı - VİDEO

İranda azadlıq tələb edən etirazçılara dəstək məqsədi ilə Azərbaycanda marş hazırlanıb.
Bu barədə Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun sədri, hüquq elmləri doktoru Hikmət Cavad sosial şəbəkədə paylaşım edib.
O qeyd edib ki, aylardır İranda başlayan etirazlar hər gün daha da qızışır, yeni mərhələyə qədəm qoyur.
“Bu etirazlarda öz fəallıqlari ilə seçilən güneyli azərbaycanlıların taleyi bizi hər zaman düşündürür. Hər gün Arazın o tayından - Güneydən aldığımız xəbərlər 40 milyonluq soydaşlarımızın azadlığını daha da yaxınlaşdırır. Bu marşın sözlərini də o ümidlə yazdım, dəyərli bəstəkarımız Aygün Səmədzadə isə musiqisini bəstələdi.
O ümidlə ki, bu marş azadlıq tələb edən soydaşlarımıza bir stimul olsun. Güneydə qəlbləri azadlıq atəşi ilə yanan əziz bacı və qardaşlarımızın İran zülmündən qurtulması üçün apardıqları bu müqəddəs və şərəfli haqq mübarizəsində dünya azərbaycanlıları da aktiv olmalı və birlik nümayiş etməlidirlər. Ən yaxın zamanda bütövləşək, bir olaq!”, - deyə paylaşımda qeyd edilib.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












