İranda şəxsi təyyarə qalmaqalı - VİDEO

Bu günlərdə İran Mülki Aviasiya Təşkilatının sədri Məhəmməd Məhəmmədibəxşin ölkədə şəxsi təyyarə alınmasının sərbəst olduğu barədə açıqlaması cəmiyyətdə geniş əks-səda doğurub və sosial şəbəkələrin İran seqmentində əsas müzakirə mövzularından birinə çevrilib.
“Azad İran” “YouTube” kanalında yayımlanan videoda qeyd olunub ki, ölkə əhalisinin mütləq əksəriyyətinin ciddi dolanışıq problemləri yaşadığı, eləcə də bir sıra bahalı xarici malların ölkəyə gətirilməsinə hökumətin qadağa qoyduğu bir şəraitdə bu qərar çoxsaylı sual doğurub və varlı təbəqə üçün nəzərdə tutulan daha bir imtiyaz kimi dəyərləndirilib.
Məsələ o qədər geniş reaksiyalar doğurub ki, aprelin 22-də Mülki Aviasiya Təşkilatı bununla bağlı ayrıca bəyanat yaymaq məcburiyyətində qalıb. Lakin bu da sosial mediada narazılıq, hiddət və kinayə dolu çıxışların qarşısını ala bilməyib.
Mülki Aviasiya Təşkilatı sədrinin açıqlamasına ilk reaksiya verənlərdən biri, əvvəllər aparıcı hökumət qəzetlərində çalışan tanınmış jurnalist Azadə Muxtari yazıb:
“Sanksiyaların vəzifəli şəxslərin və onların övladlarının həyatına heç bir təsir göstərmədiyinin aydın göstəricisi! Buyurun, şəxsi təyyarəni yüksək vəzifəli məmurlardan, onların övladlarından və təbii ki, onlara bağlı olan iki faiz hədsiz sərvət sahiblərindən başqa kim ala və idxal edə bilər? Ümumiyyətlə, şəxsi təyyarə ölkənin hazırkı problemlərinin hansına çarə qılacaq?”
Həmin posta münasibət bildirən izləyicilərdən biri isə qısa və sərrast şəkildə yazıb:
“Xalqa yanıq vermək və onu ələ salmaq elə budur!”
Daha ətraflı yeni videosüjetdə:
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO












