Karqo şirkətləri xaricdən sifariş edilən dərmanları niyə gətirmirlər? - VİDEO

Bəzi karqo şirkətləri fiziki şəxslərin şəxsi istifadə üçün Türkiyədən və digər ölkələrdən sifariş etdiyi dərman vasitələrini Azərbaycana çatdırmaqdan imtina edirlər. Səbəb isə Dövlət Gömrük Komitəsi tərəfindən bunun onlara qadağan edildiyi göstərilir.
Avtosfer.az Xəzər TV-yə istinadən xəbər verir ki, bildirilir ki, yalnız qida əlavəsini gətirə bilərlər.
Sifarişin ölkəyə çatdırılmaması ehtiyacı olan insanlara bir çox hallarda çətin anlar yaşadır. Məsələni araşdırmaq üçün Dövlət Gömrük Komitəsinə getdik. Onlardan belə bir qadağanın olub-olmadığını soruşduq.
Komitənin əməkdaşı Pərviz Nəsrullayev bildirdi ki, bu məsələ Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli 305 saylı qərarı ilə tənzimlənir.
Pərviz Nəsrullayev bir daha bəyan etdi ki, hazırda Dövlət Gömrük Komitəsi tərəfindən dərman vasitələrinin gətirilməsi ilə bağlı hər hansısa məhdudiyyət tətbiq olunmur.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI
Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı 1 kilometr qısaldı: AYNA-dan yeni həll - VİDEO
Bakıda tıxacın iqtisadi zərəri hesablanacaq? – TƏKLİF
Böyükşor gölündə qəribə görüntü; suyun rəngi dəyişdi - VİDEO
Ceyhun Bayramov Ararat Mirzoyanla görüşüb - FOTO
Sumqayıtın mərkəzindəki parkda yaranan natəmizlik narazılıq yaradır - VİDEO
Nazirlər Kabinetində 2027-ci ilin dövlət büdcəsi müzakirə edildi
Hazırda bu yollarda tıxac var - SİYAHI - FOTO
Əhalinin gəlirləri artıb; bəs alıcılıq qabiliyyəti? - İQTİSADÇI












