Kəlbəcər, Xocalı, Cəbrayıl və Zəngilana köç olacaq - İlin sonuna kimi...

Böyük Qayıdışa dair I Dövlət Proqramı tədbirlər planında əks olunan fəaliyyətlər üzrə icra edilir və təbii ki, eyni vaxtda bütün şəhər və kəndləri bərpa etmək mümkün deyil. Bu, zaman tələb edən prosesdir.
Avtosfer.az xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov rəsmi mətbuata müsahibəsində deyib.
O bildirib ki, qayıdışın coğrafi arealı 20 kənd və qəsəbə, 7 şəhər olmaqla, 27 yaşayış məntəqəsini əhatə edəcək.
"Qürurvericidir ki, tezliklə Vətən müharibəsində qələbəmizin simvoluna çevrilmiş gözəl Şuşamıza, bundan başqa Xocalıya, Cəbrayıla, Kəlbəcərə və Zəngilana da köçürülmə prosesinə start veriləcək. Bir məqamı da qeyd edim ki, ilin sonuna kimi məskunlaşma bütün işğaldan azad edilmiş rayonlarda başlamış olacaq", - Komitəsinin sədr müavini qeyd edib.
Fuad Hüseynov bildirib ki, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarında daimi məskunlaşdırılması zamanı nəzərə alınan prinsiplərə gəldikdə isə, ölkə rəhbərliyi tərəfindən verilən göstərişə əsasən, ilk növbədə, hər bir yaşyış məntəqəsi üzrə ağır şəraitdə yaşayan – yataqxanalarda, sanatoriyalarda, pansionatlarda, qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış ailələrin köçürülməsi diqqətdə saxlanılır:
"Köçürülməyə hazır olan yaşayış məntəqələri üzrə həmin yerin sakinləri arasında sorğular keçirilir, hər bir ailə ilə fərdi qaydada söhbətlər aparılır, onların qayıdışı ilə bağlı razılaşma protokolu imzalanır. Burada əsas məqsəd planlaşdırmanı daha səmərəli təşkil etməkdir".
İlham Əliyev Şavkat Mirziyoyev ilə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY












