Kəlbəcərdəki at oğruları həbs edildi

Lokal antiterror tədbirlərindən sonra Azərbaycan ordusunun nəzarətinə keçən ərazilərə qeyri-qanuni şəkildə keçərək orada erməni sakinlərdən qalmış atları Goranboya gətirən şəxslər həbs edilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Xocalı şəhər sakini olan və Mingəçevirdə yaşayan 1972-ci il təvəllüdlü Oqtay Hüseynov və qardaşı oğlu, Xocalıda qeydiyyatda olsa da, Goranboyun Börü qəsəbəsində yaşayan 1992-ci il təvəllüdlü Şahin Hüseynov məsuliyyətə cəlb edilib.
Belə ki, həmin şəxslərin bir neçə gün əvvəl müvafiq qaydada icazə olmadan Kəlbəcər rayonuna, minalanmış əraziyə daxil olması və sahibsiz qalan atları Goranboy ərazisinə gətirmələri məlum olub. Hər iki şəxsin Gülüstan kəndi istiqamətindən Kəlbəcər rayonu – Sərsəng su anbarı istiqamətinə getmələri və oradakı heyvanları Börü kəndinə gətirmələri müəyyənləşib. Polis əməkdaşları Börüyə gedərək həyətə baxış keçirərkən həmin şəxslər müqavimət göstəriblər və atları necə əldə etmələrini gizlətməyə çalışıblar.
Bundan sonra əmi və qardaşı oğlu saxlanılıb və barələrində inzibati protokol tərtib edilib. Goranboy Rayon Məhkəmsəinin qərarı ilə onların hər birinə 8 sutka inzibati həbs cəzası verilib.
Diplomatların Qarabağa 22-ci səfəri region üçün hansı mesajlar verir? - AÇIQLAMA
Sabahdan ictimai nəqliyyatda hansı yeniliklər olacaq? – Qurumlardan AÇIQLAMA
Bakıda taksi qiymətləri 2 dəfə bahalaşdı - Səbəb tıxacdır?
Bakı metrosunda qatarlar tuneldə qaldı – Səbəb AÇIQLANDI - RƏSMİ - YENİLƏNİB
Məktəb yollarında sürücüləri yavaşlatmağın yeni üsulu – TƏKLİF
Paytaxtın hazırda sıxlıq olan küçələri: SİYAHI - FOTO
Skuter problemi: "Getdikcə daha təhlükəli olarsa, qadağan edilməsi gündəmə gələcək" - FOTO
İctimai nəqliyyatda fərqli dönəm başlayır: Yeni qaydalar nə vəd edir? - FOTO
Qəzalarda ölümlərin sayı niyə artıb? – BAKIDA SORĞU - VİDEO
İlham Əliyev Milli Fəaliyyət Planını TƏSDİQLƏDİ
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ











