Köhnə binaların lift problemi nə zaman həll ediləcək? - RƏSMİ AÇIQLAMA

Paytaxtda köhnə binaların əksəriyyətində lift sistemi yararsız vəziyyətdədir. Nasazlıqların baş verməsi nəticəsində insanlar əziyyət çəkir.
Məsələ ilə bağlı Avtosfer.az-a “Lifttəmir” İstehsalat Birliyindən bildirilib ki, son illər ərzində dövlət mənzil fonduna aid olan binalarda istismar müddəti bitmiş 1206 lift yeni alman istehsalı olanlarla əvəz edilib: “Növbəti mərhələdə isə 700-dən artıq yeni liftin alınaraq quraşdırılması nəzərdə tutulub. Həmçinin “Lifttəmir” İB yalnız dövlət mənzil fonduna aid olan binalarda quraşdırılan liftlərə xidmət edir”.
Qeyd edək ki, qaydalara görə, təhlükəsizlik baxımından liftə ən azı ayda bir dəfə müntəzəm texniki qulluq göstərilməli, ildə bir dəfə isə texniki baxış keçirilməlidir. Fəaliyyətə yararlı olub-olmaması müəyyənləşdirilməlidir. Əgər texniki şərtlərə cavab vermirsə, istismardan çıxarılmalıdır. Bu, çox böyük məsuliyyət və ehtiyatlılıq tələb edir.
Məhəbbət Tərlanoğlu
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












