Marketlərin qarşısında yük boşaldan avtomobillərə niyə cərimələnir?

Mağazaların qarşısında dayanma-durma qadağandır işarəsi var və firma avtomobilləri marketlərə məhsul paylayan zaman avtomobillərinə cərimə gəldiyini qeyd edirlər. Əvvəllər məhsulu tez boşaldıb hərəkət edən zaman cərimə yazılmasa da, son vaxtlar avtomobili saxlayan kimi cərimə yazılır. Həmin məkanda fəaliyyət göstərən sahibkarlara yük avtomobillərindən məhsulun boşaldılması üçün xüsusi icazə varmı?
Avtosfer.az xəbər verir ki, bu barədə Valyuta.az-a danışan nəqliyyat eksperti Rövşən Həsənov deyir ki, 3.27 nişanı və 3.28 nişanlarının arasındakı fərq var:
"Ərazidə 3.27 nişanı olduqda, orada nəqliyyat vasitəsinin 5 saniyə belə dayanmasına icazə verilmir. Sərnişin düşürmək və ya götürmək, yük boşaltmaq və ya doldurmaq da buna daxildir. 3.28 nişanı isə bütün bunlara icazə verir. Bakı şəhəri üzrə bir çox iaşə obyektlərinin qarşısında 3.27 nişanı quraşdırılıb. Bu nişan marketə düşən alıcılara və ya yük daşınmasını həyata keçirən şəxslərə heç bir güzəşt tanımır. Bu da avtomatik olaraq kamera vasitəsilə cərimə tətbiq olunmasına gətirib çıxarır”.
Ekspert onu da qeyd edib ki, bu nişanların qurulması bir daha nəzərdən keçirilməlidir:
“Ən azından marketlərin, apteklərin və digər iaşə obyektlərinin qarşısında olan 3.27 nişanı 3.28 nişanı ilə dəyişməlidir”.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












