Maşınların arasında dilənənlərlə necə mübarizə aparmalı? - AÇIQLAMA

Paytaxtın müxtəlif magistral yolların avtomobillər üçün nəzərdə tutulmuş zolaqlarında dayanıb dilənən və ya bəzi əşyalar satan şəxslər müşahidə olunur. Bu hallar həm çox böyük təhlükə mənbəyidir, həm də qanunlara ziddir. Yolun hərəkətli hissəsində sanki parkdaymış kimi dayanan şəxslər barəsində ciddi tədbirlər görülməlidir. Bütün bunlardan əlavə dilənmək üçün kiçik uşaqlardan istifadə edən şəxslər özləri ilə yanaşı onları da təhlükənin tam ortasında saxlayırlar.
Bu barədə Avtosfer.az-a açıqlama verən sosioloq Elçin Bayramlı bildirib ki, son vaxtlar yollarda və küçələrdə bu tip şəxslərin sayı artıb:
“Belə insanlar hətta sürət həddi yüksək olan yollarda belə dayanıb avtomobildəki sürücü və sərnişinlərdən pul istəyirlər. Həmin insanların 90 faizi yalançı və fırıldaqçı şəxslər tərəfindən idarə olunan qruplardır. İnsanların hisləri üzərindən açıq-aşkar şəkildə biznes qurulub”.
“Bu şəxslər müxtəlif tədbirlərlə etdikləri əməllərdən çəkindirilməlidir.” deyən sosioloq qeyd edib ki, hər hansı bir şəxsin sosial vəziyyəti ağırdırsa həm cəmiyyətdən həm də dövlət təşkilatlarından yardım xahiş etmək olar. “Lakin avtomobil yollarında dayanmaq nə qanuni-hüquqi, nə də sosial-mənəvi baxımından qəbul olunmayan hərəkətdir. Əgər vətəndaşın işi, evi, şəraiti varsa və işdən özü imtina edib dilənçilik edirsə müəyyən xəbərdarlıqdan sonra məsuliyyətə cəlb olunmalıdır. Çünki bu dələduzluq sayılır”.
Məsələ ilə bağlı Avtosfer.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, dilənçilik, avaralıq və tüfeyli həyat tərzi sürən şəxslərin profilaktikası polis tərəfindən daim diqqət mərkəzində saxlanılır:
“Bəzən görürük ki, bu şəxslər əməllərini öz həyat tərzinə çeviriblər. Hətta yetkinlik yaşına çatmayanlar da dilənçiliyə sövq edilir. Daha çox məscidlərdə, ziyarət yerlərində və insanların sıx toplaşdığı digər ərazilərdə bu cür neqativ hallara rast gəlinir. Belə yerlərdə polis əməkdaşları gücləndirilmiş nəzarət həyata keçirir”.
N.Əliyev vurğulayıb ki, yetkinlik yaşına çatmayanın yetkinlik yaşına çatmış şəxs tərəfindən avaralığa cəlb edilməsinə görə - əlli manatdan doxsan manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda beş gündən on beş günədək müddətə inzibati həbs olunur.
Məhəbbət Tərlanoğlu
Bu gün Azərbaycan ərazisində hər qarış torpaq xalqımıza məxsusdur - Prezident - VİDEO
DİN əməkdaşları Heydər Əliyevin xatirəsini yad etdilər - FOTO - VİDEO
SOMDA-da Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümü münasibətilə tədbir təşkil olunub - FOTOLAR
Yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Mehriban Əliyeva Zəngilanda çay kənarından paylaşım etdi - FOTOLAR
Özünü pis hiss edən şəhid atasına Prezidentdən xüsusi diqqət - VİDEO
Prezidentin sosial şəbəkə hesablarında Cəbrayıla səfərlə bağlı paylaşım edilib - VİDEO
Laləlikdə maşın sürmüşdülər, polis saxladı - FOTO - VİDEO
Ağdamda yeni tikilən binaların müasir yeraltı dayanacaqları - VİDEO
Ermənistan Cəbrayıla yol çəkmək istəyirdi, vaxtı çatmadı - Prezident
Mehriban Əliyeva Zəngilandan paylaşım etdi - FOTOLAR










