"Media reytinq gətirməyən məlumatları verməkdə maraqlı deyil" - Elşad Hacıyev

Bəzən media orqanları heç bir fakt olmadan yazır ki, orta məktəbdə və ya ali təhsil müəssisəsində narkotik var, ancaq yoxlama nəticəsində heç bir belə hal aşkar edilmir.
Avtosfer.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən "İctimai proseslər media müstəvisində" mövzusunda Forum çərçivəsində "Narkomanlığa qarşı mübarizədə mediadan düzgün istifadə" mövzusunda panel müzakirələri zaman deyib.
E.Hacıyev bildirib ki, biri götürüb yazır ki, filan məktəbdə narkotik var.
"Amma ortada bir fakt yoxdur. Yazır ki, orta məktəbdə bu hal var, amma yoxlayırıq, görürük ki, yoxdur. Bunu yazanın məqsədi nədir? Ya kimsə həmin məktəbə direktor gəlmək istəyir, məktəbin ümumi reputasiyasını zədələmək və ya şagird davamiyyətini azaltmaq üçün bunu edir. Biz vətəndaş mövqeyimizi də ortaya qoymalıyıq. Bir məlumat çıxırsa, dərhal nəzarətə götürülür, yoxlanılır", - deyə o qeyd edib.
O vurğulayıb ki, Daxili İşlər Nazirliyi narkomanlığa qarşı mübarizə ilə bağlı çoxlu sayda tədbirlər həyata keçirir.
"Lakin media bu tədbirləri geniş işıqlandırmır. Media reytinq gətirməyən məlumatları verməkdə maraqlı deyil", - deyə o əlavə edib.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












